15 
Fev
2021
20:47
6296

Savalan Mirzəyev kimdir? - Millət vəkilini tanıyaq

Gürcüstanın "Ambebi" xəbər portalı millət vəkili Savalan Mirzəyev haqda geniş məqalə hazırlayıb.

InterPress.ge xəbər verir ki, məqalədə Savalan Mirzəyevin həyatından bəhs edilir.

Məqaləni olduğu kimi təqdim edirik:

Gücünü topladı və "Pələng dərisi geymiş pəhləvan"ı axıra kimi oxudu, biraz çətinlik çəkdi, çox vaxt lazım gəldi, ancaq bacardı. Bundan əvvəl, azərbaycanlı məktəb şagirdi paralel olaraq, gürcü dilini öyrənməyə başladı. Gürcü dilində imtahan verdi və universitetdə oxudu. Konspektləri gürcücə yazmağı çatdırammırdı, müəllimləri dərsi diktofona yazdırırdı. Beləliklə, fədakar əməyi ilə məqsədinə çatdı.

"Məndən bu qədər çox şeyə necə nail olduğumu soruşduqda, birbaşa deyirdim ki - gürcü dilini bilirəm, dövlətçilik baxımından düşünürəm və vətənimi sevirəm. Bu ölkədə heç kim səndən başqa bir şey istəmir". Siyasi ambisiyalarının əvvəllər və indi olduğunu gizlətmir, həm də həmvətənliləri azərbaycanlı gəncləri inandırmağa çalışır ki, istəsələr hər şeyi bacaracaqlar və hər şeyə nail olacaqlar. Parlamentin İnsan Hüquqları və Vətəndaş İnteqrasiyası Komitəsinin sədr müavini Savalan Mirzoev bizimlə söhbət edir, hamı kimi, O da uşaqlıdan başlayır:

Uşaqlıq

-Mən Qardabani rayonunda anadan olmuşam, atam terapevtdir, amma davamlı siyasətlə məşğul olub. İllərlə Dmanisidə xəstəxananın baş həkiminin müavini vəzifəsində çalışdı, sonra Qardabaniyə köçürdülər. Qaratəhlə kəndindəki məktəbə oxudum, beşinci sinifdən Rustavi şəhərində 7 saylı dövlət məktəbində təhsilimi davam etdirdim. Uşaq yaşlarımdan bəri siyasi prosesləri müşahidə edirdim və yaşıma baxmayaraq atam mənimlə bəzi mövzularda danışırdı, mənim fikrimlə maraqlanırdı, yəqin analiz etmək qabiliyyətim olduğunu görürdü. Böyük qardaşım hirslənirdi, bu qədər nə danşırsınız deyirdi. Sonra dövlət dilini öyrənməyə qərar verdim. Azərbaycan dilli məktəb bitirdim, eyni zamanda 9-cu sinifdən özəl müəllim vasitəsilə gürcü dilini öyrənməyə başladım. Valdeyinlərim mənə həmişə onu öyrədirdilər ki, harda yaşayırsansa o dili bilməlisən, yaşamaq üçün heç yana getməyə hazırlaşmırıq. Ailənin bütün resursu Gürcüstanda idi və ailədə başqa yerə köçmək müzakirə belə edilmirdi. Atam mənim və qardaşımın həkim peşəsinə sahib olmağımızı istəyirdi, amma biz başqa yol seçdik. Daxilən bu sənətə hazır olmadığımız gördükdə "bizi buraxdı". Nəticədə, qardaşım iqtisadiyyata qəbul oldu, mən isə hüquqşünaslığa.

Fotoda Atası ilə birlikdə

"Müəllimlər dərsləri diktofona yazdırırdılar".

-Vakedə, universitetin 9-cu korpusunda gürcülərlə hüquq fakültəsində oxuyurdum. Konspektləri gürücücə yazmağı çatdırammırdım, bir az çətinlik çəkirdim. 61 lariye diktofon aldığımı xatırlayıram, müəllimlər səsi yazdırmaq və daha sonra dəftərə köçürməyim üçün bütün dərs ərzində diktafonumu əllərində saxlayırdılar. Sürətli yaza bilmirdim, sonra cümlələri qısa şəkildə nişanlayırdım. Mənim üçün çox çətin idi, amma həm müəllimlər, həm də kurs yoldaşlarım mənə dəstək oldular. Onlar belə olmasaydı, ehtimal ki, motivasiyamı itirərdim və təhsilimi davam etdirə bilməzdim. İkinci kursdan müəllimlərin əllərində artıq diktofon tutmamaları və narahat olmamaları üçün çox çalışdım. Bəs necə, saat-yarım diktofonumu əllərində gəzdirirdilər və elə dərs deyirdilər. Kurs yoldaşlarım məni hirslənməməyə təşviq edirdilər-biz də yazmağı çatdırammırıq deyirdilər, digərlərinində mənim kimi olduqlarını fikirləşməyim üçün bəziləri qəsdən yazmırdı. Bunları məni ruhlandırmaq üçün edirdilər. İkinci kursdan diktofon lazım olmadı.

"Mer ola bilmədim, amma ..."

- Atam əvvəldən bəri siyasət yolunu getdiyimi anlayırdı, çünki davamlı qəzet oxuyurdum, tok-şoulara, siyasi verilişlərə baxırdım... Atam mənə müdaxilə etmədi. Uşaq vaxtı evdə tez-tez mer adına kağızda ərizə yazırdım - məni kəndimizə mer təyin edin kəndə baxacağam. Kənd iclaslarında da iştirak edirdim və danışıqlar da aparırdım. O vaxt, kənd əhalisi öz pulumuzla məktəb tikdirirdik. Mer ola bilmədim, amma Kommunal Təsərrüfat Departamentində mütəxəssis kimi çalışmağa başladım, sonra idarə heyətində hüquq məsələləri üzrə baş mütəxəssis kimi çalışmağa başladım. Heyət rəhbəri də oldum və 2009-cu ildə Yenidən İnteqrasiya Nazirliyində işə başladım. Müsabiqə elan edildi və Elene Tevdoradze bu işdə mənə kömək etdi. 2008-ci ilin dekabrında Qardabaniyə gəldi, sərhəd kəndlərində görüşləri var idi. O vaxt, 22 yaşımda idarə heyəti başçısı idim və mən onlarla bu görüşə getməli idim. Elene xanımla danışdıqda sevindi, sən azərbaycanlısan və nə yaxşı gürcü dilini bilirsən, bir müsabiqə elan etmişik, Azərbaycanlı nazirə müşavir istəyirik və O, məni daxili müsahibəyə dəvət etdi. Rayondan şəhərə köçmək istədiyim üçün razılaşdım, planlarımı Qardabanidə həyata keçirə bilməyəcəyimi bilirdim və belə rayonuma daha çox kömək edəcəkdim. Müsabiqədə iştirak edənlərdən bəziləri yaşlı, bəziləri gürcü dilini bilmirdi. Birinin tövsiyəsi var idi və onu dövlət nazirinin müşaviri kimi təqdim etmək istəyirdi. Məni dinlədilər, bəyəndilər və hətta nazir məsləhətçisi kimi seçdilər.

"Bu mənim üçün sürpriz idi"

İkinci vacib görüşü 2013-cü ilin iyun ayında Bizina İvanişvili ilə etmişəm. Məni nəzərdən keçirdilər, Baş nazirlə görüşümün planlaşdırıldığını dedilər, bu məni çox təəccübləndirdi, çünki mövqeyim Baş nazirlə görüşəcək səviyyədə deyildi. Cənab Bidzina mənə milli azlıq məsələlərində özünə köməkçi kimi təyin edəcəyini söylədi. Mənim keçmişimi eşidəndə mənə dəqiq bir şəkildə bütün bölgəni əhatə edəcək bir insan istədiyini söylədi. Çoxlarına inanılmaz görünə bilər, amma əvvəlcədən bilmirdim, bu mənim üçün sürpriz və qeyri-real idi - niyə mən və başqaları yox.

Sonra Baş Nazirlik vəzifəsindən getdi, İrakli Qaribaşvili gəldi və mən onunla da çalışdım. Cənab İrakli ilə bundan əvvəl də, Daxili İşlər Naziri vəzifəsində olarkən dostluq edirdim. Bundan sonra Qiorqi Kvirikaşvili ilə çalışmalı oldum. 2016-cı ildə parlamentə girdim, Qardabanidən ilk azərbaycanlı majoritar idim. Keçən il "Gürcü Arzusu" nun partiya siyahısına 35 nömrə ilə çıxdım və parlament həyatımı belə davam etdirirəm.

"Əzizə və mən tez-tez gürcü dilində danışırıq"

Yoldaşım Tbilisidə musiqi kollecini bitirib, pianoçudur. Aybəniz Nəbiyeva əslən Bolnisidəndir və Marneulidə yaşayır, onunla 2009-cu ildə orada tanış oldum - tədbirlərin birində onu gördüm və xoşuma gəldi. O, sosial fəaliyyətlə məşğul olurdu, tez-tez müxtəlif tədbirlərdə görüşürdük və ciddi münasibətimiz oradan başladı. Evləndik və 26 May 2012-ci il tarixində Gürcüstanın Müstəqillik Günündə qızımız - Əzizə dünyaya gəldi.

Fotoda Savalan Mirzəyevin qızı

Əzizə 8 yaşındadır və "Şavnabada" gürcü məktəbinə gedir, yaxşı oxuyur, mən də razıyam, müəllim də. Tez-tez gürcü dilində danışırıq. Qızım hər iki ana dilində - Azərbaycan və gürcü dilində mükəmməl danışır ...

"Bu videonun belə bir qalmaqal gətirəcəyini düşünmədim"

- Bir gün videom sosial şəbəkədə yayıldı və qalmaqal yaşandı (rəqs edərkən kağız pullar saçırdım). Hamı bilir ki, bu biz Azərilərin ənənəsidir. Uşaqlıq dostumun oğlunun sünnətində idim. Həyatımda heç vaxt kəndimin və ya rayonumun insanları yanında özümü aşmamışam - bax mən deputatam və bununla kimdənsə artığam deyə düşünməmişəm. Sadəliyi sevirəm. Ofisimə gələn insanlarla çöldə görüşürəm və sonra maşına qədər ötürürəm, bununla bağlı heç bir səhv görmürəm. Sabah kimin harada olacağını Allah bilir. Birisi ilə görüşməkdən imtina etmək və ya qapıda gözlətmək adətim deyil, hamımız bərabərik, belə düşünürəm. Sünnətdə hamı özümüzünkü idi və adət-ənənəyə görə, belə davrandım. Belə vaxtlarda kimin nəyə imkanı varsa, o qədər pul hədiyyə edir. Bunu pis başa düşəcəklərini düşünməmişdim. 1 dollarlıqlar saçdım, 100 dollara qədər. O qədər 100 dollarlıqlarım harada var idi, səmimi deyirəm, ümumilikdə 100 dollarda olmaya bilərdi. Video sosial şəbəkədə bir çox səs-küyə səbəb oldu, dəstəkçim daha çox oldu, çox insan həyəcanlanma deyə mesaj göndərirdi. Pis bir şey etmədiyimi bilirdim və niyə həyəcanlanmalıydım ki?

- Kvemo Kartlidə Yenidən İnteqrasiya Nazirliyində çalışdığım dövrdən erkən evliliyə qarşı mübarizəyə başlayan ilk insanlardan biri idim. Sağlamlıqdan başlayaraq məktəblərdə şagirdlərə hər şeyi ətraflı izah edərək daha çox məlumat verməyə çalışırdıq. Sonra Cinayət Məcəlləsi dəyişdirildi və bundan sonra da rayonda çalışmaq və təşviqat aparmağa başladıq. Doğrudur, sosial şəbəkələrdə fəal deyiləm, amma şəxsən erkən nigahı qəti şəkildə rədd edirəm. İclaslarda da qanunvericiliyin sərtləşdirilməsinin hər cür tərəfdarı olduğumu söyləmişəm. Könüllü olub-olmamasından asılı olmayaraq, bu hərəkət cəzalandırılmalıdır. Qardabanidən bu maddəyə görə çox cəza çəkən tanıyıram. Bu gün azyaşlıların nikah statistikası əvvəlki illərlə müqayisədə ciddi şəkildə azalmışdır. Bununla bağlı təhsil sahəsində ediləsi iş çoxdur və qanun da sərtləşdirilməlidir. Demək istəyirəm ki, bu gün azərbaycanlı 3500 tələbə var, əvvəllər yox idi, çox sayda qız ali məktəbdə oxuyur.

"Bu ölkədə heç kim ikinci dərəcəli deyil"

- Əlbəttə ki, mənim ambisiyalarım var, bir çox layihələrdə iştirak etmişəm və məqsədim milli azlıqların ictimai və siyasi həyatda fəal iştirakı idi. Həmişə onu fikirləşirdim ki, öz həmvətənlilərimi özünü reallaşdırmağa inandırım, sənin gürcü olmadığın üçün heç kimin səni ikinci dərəcəli saymadığına inandırmağa çalışdım. İşim sayəsində gəncləri müəyyən dərəcədə motivasiya edə bildiyimi düşünürəm, əmin edə bildim ki - əgər Savalan edə bilirsə, mən də edə bilərəm. Heç kim Savalanın ailəsinin varlı olmasına görə, karyerasını pulla qurduğunu deyə bilməz. Dostlarım və yaxınlarım arasında mobil telefonu ən gec mən aldım, bunu qəbul etməkdə çətinlik çəkmirəm, mənim dostlarım 1 həftədə restorana 2 dəfə gedirdilərsə, mən onlarla 2 həftədə bir dəfə gedirdim. Atam həkim idi və çox əmək haqqı yox idi.

Fotoda Savalan Mirzəyevin həyat yoldaşı qızı

Qardabanidə işləyəndə 165 lari maaşım var idi, amma özümü əsirgəmirdim. Məqsədim bu ölkədə heç kimin ikinci dərəcəli olduğunu hiss etməməsidir. Bu sistem belə yığılmışdır, ayrı-seçkiliyin yeri olmadığını düşünürəm. Əlbətdə mənim siyasi ambisiyalarım da var idi və başqalarını da, istəsələr hər şeyə nail olacaqları hissinə inandırmaq istəyirəm. Nə vaxt ki, siyasətdə yerimi görməyəcəyəm, başqasının daha çox şey etdiyini görsəm, o zaman kənara çəkiləcəyəm və siyasətdən gedəcəyəm. Artıq söz deyə bilməyəndə və sözümü tuta bilməyəndə siyasətdən ayrılıb sifət saxlamağı üstün tuturam. Artıq seçicilərimin və tərəfdarlarımın olmadığını, hərəkətlərimlə insanları qıcıqlandırdığımı görəndə və siyasətdə olmağımda başqalarına mane olduğumu görsəm, əlbəttə ki, gedəcəyəm. Bunun mənbəyini özümdə görürəm və insanlardan dəstək də hiss edirəm, buna görə getmək üçün hələ tezdir.

"Çünki mən gürcü dilini bilirəm və vətənimi sevirəm"

- Etnik azlıqda dil problemi əvvəllər çox sərt idi, inanın, maksimum 10 il ərzində bu problem olmayacaq. Azərbaycanlı valideynlər uşaqlarını birinci sinifdən gürcü məktəblərinə aparırlar, çünki hamı gördü və başa düşdü ki, dövlət dilini bilməlisən. Məndən bunlara necə nail olduğumu soruşduqlarında birbaşa deyirdim - gürcü dilini bilirəm, dövlətçilik baxımından düşünürəm və vətənimi sevirəm. Bu ölkədə heç kim səndən başqa bir şey istəmir. Bilirsiniz nəyimlə ən varlıyam? Çox gürcü və azərbaycanlı dostum var və bu baxımdan milyarderəm. Mənim üçün ən qiymətli şey budur və düşünürəm ki, ən çətin olan dostunu itirməkdir. Bu barədə düşünmək belə istəmirəm. Mənim üçün bu qədər dəyərli əlaqəni həmişə qorumağa çalışıram. İstəmirəm ki, kimsə siyasətdə və bir mövqedə olduğum üçün Savalanın dəyişdiyini düşünsün...

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər