14 
Fev
2021
15:52
4638

Bu şəxslər Gürcüstanda yaşamaq üçün icazə ala bilməyəcəklər

Məişət zorakılığı və ya bir şəxsə qarşı başqa bir cinayət törətmiş və törətdiyi cinayət ağır cinayətlər kateqoriyasına aid olmayan şəxs Gürcüstanda yaşamaq üçün icazə ala bilməyəcək.

InterPress.ge xəbər verir ki, müvafiq dəyişikliklər parlamentin İnsan Hüquqları Komitəsinin sədri Mixeil Sarcveladzenin təşəbbüsü ilə parlament bürosunun sabahkı iclasında təqdim ediləcək.

Qanun layihəsində deyilir ki, cinayət əməli törətmək əcnəbinin Gürcüstanda qanuni qalma müddətinin xitam verilməsinin əsası olur.

Mövcud qanunlara görə, əcnəbi son beş il ərzində törətdiyi ağır cinayət əməli ilə mühakimə olunduğu təqdirdə yaşayış icazəsinə rədd cavabı verilə bilər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər