13 
Fev
2021
13:14
399

Paata Mancqaladze: "Melia düşüncəsi və idrakı ilə, ədalətsiz sistemə qarşı gəlir"

"Gürcü Arzusu" millət vəkillərinin Nika Melianın artıq bir dəfə səlahiyyətlərini dayandırdığını nəzərə alsaq, indi də eyni şeyi edəcəkləri istisna edilmir".

InterPress.ge xəbər verir ki, "Strategiya Ağmaşenebli" nin üzvü Paata Mancqaladze "Milli Hərəkat"ın sədri, Nika Melianın işi ilə əlaqədar açıqlama verib.

"Mənim üçün, müxalifət partiyasının nümayəndəsi olaraq, bu müəyyən mənəvi bir aktdır, hansı ki, Melianın düşüncəsi və idrakı ilə, ədalətsiz sistemə qarşı gəlir. Bu başqaları üçün bir nümunə və çağırışdır, kim ki, məsələn konkret bir cinayət törədibsə, onlarda qanuna itaətsizlik elan etsinlər. Bu ədalətsiz sistemə qarşı çıxmağa çalışan bir insanın aktıdır.

Əgər biz, bir dəfə "Gürcü Arzusu" çoxluğunun deputatlarının Nika Melianın səlahiyyətlərini dayandırdıqlarını nəzərə alsaq, bunu indi də edə biləcəkləri istiana edilmir", - dedi Mancqaladze.

Nika Melia ilə bağlı hazırkı hadisələrin müxalifətin danışıqlarına necə təsir edəcəyi sualına Mancqaladze, müxalifət və iqtidar arasında razılığa gələnə qədər radikalizm və qarşıdurma risklərinin olduğunu söyləyib.

“Biz hökuməti ölkədə yaranan siyasi böhrana görə xəbərdar edirdik ki, bir milyonluq nümayəndəliyi olan müxalifətin iradəsi Gürcüstan parlamentində əks olunmayıb. Siyasi böhranı aradan qaldırmaq üçün hökumət və müxalifət arasında razılaşma lazımdır. Bu razılaşma əldə olunana qədər radikalizm və qarşıdurma riski var", - dedi Mancqaladze.

Nika Melianın girov ödəmə müddəti bitdikdən sonra Baş Prokurorluq həbs qətimkan tədbiri seçilməsinə dair parlamentə müraciət etdi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər