12 
Fev
2021
19:42
406

Uqulava: "Aktiv olaraq siyasətdə qalmağa hazırlaşıram"

"Post-Bidzina dövründə hər-hansı mövqe barədə heç bir ambisiyam və ya hər hansı bir iddiam yoxdur".

InterPress.ge xəbər verir ki, bu barədə "Avropalı Gürcüstan"ın üzvü Qiqi Uqulava partiya ofisində keçirilən brifinqdə bildirdi.

Qiqi Uqulavanın sözlərinə görə, müxalifətin birlik olub-olmayacağı bu gün prioritetdir.

"Aktiv olaraq siyasətdə qalmağa hazırlaşıram. Partiya öhdəliklərinə əlavə olaraq, partiyalararası öhdəliklərim çoxdur. Bu o işdir, hansı ki, noyabr ayından bəri vaxtımın 80% -ni buna həsr edirəm. Düşünürəm ki, digər partiyadakı həmkarlarımın dəstəyi ilə bunu birlikdə edə biləcəyik",- dedi Uqulava.

Uqulavanən qeyd etdiyinə görə, heç bir partiya mövqeyi olmayacaq.

“Düşünürəm ki, partiyanın yenilənməsi lazımdır. Yeniləmə üçün ən azı üç nəfərin partiya rəhbərliyi vəzifəsindən kənara çəkilməsi tələb olunur. Bunu partiyanın yenilənməsi, müxtəlif koalisiya münasibətlərinə girməsi üçün ilk, zəruri ilkin şərt kimi qəbul edirəm.

Mənim qərarım onunla diktə olunur ki, Post-Bidzina dövründə hər hansı mövqe barədə hər-hansı bir ambisiyam və ya iddiam yoxdur. Mənim mübarizəm yalnız və yalnız İvanişviliyə qaşıdır", - dedi Uqulava.

Məlumat üçün bildirək ki, Qiqi Uqulava partiyanın baş katibi vəzifəsini tərk edir. Onun qeyd etdiyinə görə, partiyanın növbəti qurultayında vəzifəyə namizəd olmayacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər