Gürcüstan mətbuatı ölkənin baş naziri Giorgi Qaxariyanın istefa verəcəyi barədə məlumatlar yayıb.
InterPress.ge xəbər verir ki, hökumət başçısının müavini, xarici işlər naziri David Zalkaliani məsələyə münasibət bildirib.
O, məlumatları qeyri-ciddi, absurd və əsassız adlandırıb.
“Giorgi Qaxariya postunu tərk etmir. O, çox ciddi, ləyaqətli dövlət xadimi, önəmli islahatlar həyata keçirən siyasətçidir”-dedi D.Zalkaliani.
XİN başçısı hakim komandada güclü birliyin olduğunu qeyd edib.
.jpg)