10 
Fev
2021
09:59
421

Stoltenberq: "Qara dəniz bölgəsində iki yaxın və çox dəyərli ortağımız var"

"Düşünürəm ki, Qara dəniz bölgəsinin NATO və NATO müttəfiqləri, sahil üzvləri, Türkiyə, Bolqarıstan və Rumıniya üçün strateji əhəmiyyətə sahib olduğunu və bölgədə iki yaxın və çox dəyərli ortağımızın olduğunu anlamalıyıq. Tərəfdaşlarımız olan Ukrayna və Gürcüstana dəstəyimizi artırırıq. Xüsusilə, sahil mühafizəsi də daxil olmaqla, hərbi dəniz qüvvələrinə yardım edirik".

InterPress.ge xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq bildirib.

Qara dənizdə bir ölkənin hökmranlığının olmayacağını deyən Stoltenberq dənizdə hərəkət sərbəstliyini təmin etməkdə maraqlı olduqlarını vurğulayıb.

“Qara dənizin bir ölkənin, Rusiyanın hakim olduğu bir bölgə deyil, hərəkət sərbəstliyinin və beynəlxalq hüququn olduğu bir bölgə olduğundan əmin olmalıyıq", - deyə NATO Baş Katibi bildirdi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər