06 
Fev
2021
22:11
408

Natia Turnava: "Biznesə hökumətlə ultimatum dilində danışmağı məsləhət görməzdim"

"Biznesə hökumətlə ultimatum dilində danışmağı məsləhət görməzdim".

InterPress.ge xəbər verir ki, bu barədə İqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava Gürcüstanın Birinci Kanalına deyib.

Onun sözlərinə görə, 8 və 15 fevralda məhdudiyyətlərin azaldılması qərarı heç bir müəssisənin dövlətə təzyiqləri nəticəsində alınmayıb.

"Ümumiyyətlə, müəssisələrə hökumətlə ultimatum dilində danışmağı məsləhət görməzdim. İndi bunu tədricən yüngülləşdirməyimiz, şübhəsiz ki, bizə edilən hər hansı bir təzyiqin nəticəsi deyil, əksinə əvvəlcədən elan etdiyimiz planlı addımlarımızdır. Hələ 25 yanvarda, bütün iqtisadi komanda restoran sənayesi ilə görüşdü, vəziyyəti iki həftə daha izləyəcəyimizi və sonrakı addımı atacağımızı çox açıq şəkildə bildirdik. Doğurdan da belə hərəkət elədik. İki həftə ərzində müsbət nisbət azaldı, bunu bacardıq və 15 fevraldan əvvəlcə restoranların açıq sahələrinin açılmasını elan etdik, hansı ki, dünyada ümumi praktikadır.

Yaxın bir və ya iki həftə ərzində epidemiya şiddətlənməsə, daxili sahələri də aça biləcəyimiz tarix barədə müzakirələr apara biləcəyik, ancaq bu, şüurlu, məsuliyyətli qərarımızın nəticəsi olacaqdır. Əlbətdə ki, bütün müəssisələr bizim üçün çox dəyərlidir", - dedi Natia Turnava.

Nazirin qeyd etdiyinə görə, mağazalar və ticarət mərkəzlərində olduğu kimi, restoran biznesinin işçilərinin test edilməsində dövlət tərəfindən kömək ediləcəyi istisna edilmir.

“Turizm sektoruna söz verdim ki, böyük ehtimalla gələn həftə Əmək Müfəttişliyi və Səhiyyə Nazirliyi ilə görüşəcəyəm. Hansı təhlükəsizlik tədbirləri görməli olduğumuzu müzakirə edəcəyik. Bilirsiniz ki, çox sayda müştərinin getdiyi digər müəssisələrdə də, mağazalarda da, ticarət mərkəzlərində də eyni təcrübəyə sahibik. Onlar bu məsuliyyəti anladılar. Birinci mərhələdə dövlət öz xərci ilə test keçirilməsində onlara kömək edir. Restoran sənayesində də eyni şeyi edəcəyimizi istisna etmirəm. Restoranların işçilərini nə qədər vaxt ərzində və hansı dozada test etdirməsi barədə də razılığa gələcəyik. Mənə inanın ki, bu ilk növbədə restoranlara lazımdır, çünki, universal peyvəndləmə başlayana kimi, insanlar qida obyektlərini təhlükəsiz olub-olmadığına və işçi heyətinə nə qədər etibar etdiklərinə əsasən seçəcəklər. Bu səbəbdən bunun ümumi bir vəzifə və maraq olduğunu düşünürəm", - dedi Natia Turnava.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər