Amiran Qamğrelidze: "Tövsiyəmiz budur ki, dördüncü sinifdən sonra şagirdlər maskadan istifadə etsinlər"
"İctimai nəqliyyatda maska taxmağa nəzarət gücləndirilməlidir".
InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze Gürcüstanın Birinci Kanalının "Günün mövzusu" verilişində söyləyib.
Qamğrelidzenin qeyd etdiyinə görə, Xəstəliklərə Nəzarət Mərkəzi beşinci sinifdən yuxarı şagirdlərə maska taxmağı tövsiyə edir.
“Heç kim avtobusa, mikroavtobusa və ya metroya maskasız buraxılmamalıdır. Məsafəmizi qorumaq üçün əlimizdən gələni etməliyik. Avtobuslar və ya metro vaqonlarında insanlar sıx olmamalıdır. Bu gün Xəstəliklərə Nəzarət Mərkəzində daxili məsləhətləşmələr apardıq və tövsiyəm budur ki, beşinci sinifdən, yəni dördüncü sinifdən sonra şagirdlərin maskadan istifadə etməsi zəruri olsun və beşinci sinifə qədər - tövsiyə olunur və valideynə bu izah edilməlidir", - dedi Amiran Qamğrelidze


