Çerçvadze: "Koronavirus peyvəndləməsi üçün seçilmiş 10 mərkəzdən 3-ü bölgədə, 7-si Tbilisidə və bunlardan biri də Yolxucu Xəstəliklər Xəstəxanasıdır"
"Koronavirus peyvəndləməsi üçün ölkə daxilində seçilmiş 10 mərkəzdən 3-ü bölgədə, 7-si Tbilisidə və bunlardan biri də Yolxucu Xəstəliklər Xəstəxanasıdır, hansı ki, peyvəndin saxlanılması üçün lazım - 80 dərəcəli iki suyuducu yerləşdirilib".
InterPress.ge xəbər verir ki, bu barədə Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Çerçvadze bildirib.
"Klinikamız ilk gündən Kovidin idarə edilməsində iştirak edir, o flaqmandır, peyvəndləmənin beynəlxalq standartlara uyğun və ən yüksək səviyyədə keçirilməsi üçün bütün maddi və intellektual mənbələrə malikdir. Hələ peyvəndin qutusunun nə ölçüdə olduğunu görməmişəm, amma Luqar laboratoriyasında və mərkəzimizin soyuducularında çox sayda qutu saxlamaq mümkün olacaq. Biz yalnız bizə lazım olacaq miqdarı saxlayacağıq və toplu kütlə Luqarda saxlanacaq. Həkimlərə gəldikdə, onlar dəfələrlə hazırlanıblar və təlim alıblar, aşılama prosesini və mümkün olan bütün çətinliklərin idarə edilməsini yaxşı bilirlər və bu gün peyvəndi gətirib aşılamağa başlasaq, heç bir problem olmayacaqdır. "Pfizer"ə xas, allergik, şiddətli allergik, anafilaksiya deyilən çətinlikləri idarə etməkdə böyük təcrübəyə sahibik. 20 ildən çoxdur ki, direktoram, çətinliklər olub, amma ölümcül bir hal da olmayıb. Peyvəndləmə üçün hansı səviyyədə anbarların hazırlandığını görməlisiniz. Xaricdə, hətta televiziyada, Hepatit, QİÇS və indi Kovid-ə aid olan seqmentdə gördüm, heç bir halda klinikalarımız xarici klinikalardan geri qalmır. Baxın, peyvəndləmə üçün necə sahələr ayrılıb, o xalq üçün, kim ki, gözləyir və peyvənd etdirəcək. Bir korpus artıq hazırlandı və başqa bir korpus da ehtiyatdadır", - dedi Çerçvadze.


