02 
Fev
2021
12:34
438

Elisaşvili: "Parlamentə gələn yol asan deyildi, həqiqətən başımız dik girdik"

"Parlamentə gələn yol asan deyildi, həqiqətən başımız dik girdik, çünki dörd siyasi məhbus sərbəst buraxıldı".

InterPress.ge xəbər verir ki, bu barədə parlament müxalifətinin nümayəndəsi, "Vətəndaşlar" partiyasının lideri Aleko Elisaşvili jurnalistlərə açıqlama verib.

Elisaşvili müxalifəti heç olmasa proporsional seçki sisteminin müzakirəsində və qəbulunda iştirak etməyə çağırıb, çünki təsdiqlənməsi üçün 113 səsə ehtiyac var.

"Buraya gələn yol asan deyildi. Biz həqiqətən buraya başımız dik daxil olduq, çünki haqqında danışdığımız dörd siyasi məhkum sərbəst buraxılmışdır. Danışıqlar masasında ən son mən və Levan qaldıq. Həqiqətdə bu ölkənin gələcəyi olan bir memorandum imzalanıb.

Hər şeydən əvvəl, həmin memorandumda göstərilən məqamların qanuni hala gətirilməsinə hazırlaşırıq. Bu memorandumda çox maddələr var, tam proporsional sistem üçün 113 səsə ehtiyac var. Müxalifət ölkənin yaxşı gələcəyinin olmağını istəyirsə, heç olmasa bu müzakirəyə qatılsın. Tam proporsional sistem üçün bir il küçədə mübarizə aparırdıq və bu, indi masanın üzərində durur. Bu, gəlmək istəyən və proporsional sistem üçün səmimi olaraq mübarizə aparan müxalifət millət vəkillərinin məsuliyyət məsələsidir.

İlk növbədə, memorandumdakı maddələrin qanuni hala gətirilməsi üçün buraya daxil olduq. "Gürcü Arzusu"na tarix də yazdırdıq. Əgər bunun təşəbbüsü, 1 martda qədər başlamasa, parlamenti tərk edəcəyik, əgər 1 maya qədər, elektron səs sayma aparatları, barmaq izi ilə səs vermə, yəni seçkilərin vicdanlı keçirilməsi üçün qanunda dəyişikliklər olmasa parlamenti tərk edəcəyik", - deyə Elisaşvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər