
Komendant saatının nə vaxt qaldırılacağı açıqladı
"Komendant saatı qaydalar arasında ən sonda qaldırılacaq".
InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbər müavini Paata İmnadze "Palitranius"un "Reziume" verilişində qeyd edib.
Onun sözlərinə görə, Aprel ayında komendant saatı olmayacaq.
"Komendant saatının götürülməsi barədə, çox güman ki, ən sonda götürüləcək. Mən, məsələn, dostlarımı görmək üçün çox darıxdım, siz darıxmadınız?! Dostlarımla axşam görüşmədiyimdən bir il keçdi. Qonşulara getsəniz bir qrup yaranacaq, yəni coğrafi baxımdan balaca ərazidə yayılacaq və otursan, şəhərin bir ucundan o biri tərəfinə gedəcəksən, orada dostlarınla, qohumlarınla oturacaqsan və oradan gələndə, baxın, gördünüzmü? İnfeksiya daha böyük coğrafi əraziyə yayılacaq. Gürcü deyilik? Bu ölkədə yaşamırıq və həyat qaydamızı bilmirik? Vəziyyəti müşahidə edəcəyik və "komendant saatı"nın apreldə də davam edəcəyini düşünmürəm. Hər şey necə vəziyyət olacağından asılıdır", - dedi İmnadze.