29 
Yan
2021
20:23
607

Aleko Elisaşvili: "Gürcü Arzusu" ilə razılıq əldə edildi və Levan İoseliani ilə birlikdə parlamentə giririk"

"Gürcü Arzusu" ilə razılıq əldə edildi və Levan İoseliani ilə birlikdə parlamentə giririk".

InterPress.ge xəbər verir ki, Aleko Elisaşvili bu barədə parlamentdə "Gürcü Arzusu"nun nümayəndələri ilə görüşdən sonra bildirib.

“Biz, “Vətəndaşlar” partiyasının nümayəndələri nəhayət "Gürcü Arzusu”nun liderləri Mamuka Mdinaradze və Arçil Talakvadze ilə müqavilə imzaladıq. Saziş rəsmiləşdikdən sonra parlament fəaliyyəti ilə məşğul olacağıq.

Bu sənəd seçki məsələlərindəki əsaslı bir dəyişiklikdən bəhs edir və ümid edirəm ki, hansı məqamlardan bəhs edildiyi barədə efirdə ətraflı danışma fürsəti əldə edəcəyik. Elektron seçkilərin qaydası, hər hansı bir "karusel"in qarşısının alınması üçün işarələmə ilə deyil, barmaq izi ilə keçiriləcək. Bütün seçki məntəqələrində elektron səs sayan aparatlar olacaq. Bu isə o deməkdir ki, Tamar Jvanianın kədərli press konfransını gözləməyəcik, saat 8-də məntəqə bağlanan kimi nəticəni biləcəyik", - dedi Elisaşvili.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər