27 
Yan
2021
19:10
1124

Şalva Natelaşvili: "2024-cü ildə ya eşşək öləcək, ya da eşşək sahibi"

"Hakim partiya ilə danışıqlar yalnız yeni seçkilərin keçiriləcəyi tarix haqda ola bilər".

InterPress.ge xəbər verir ki, bu barədə "Leyboristlər partiyası"nın lideri Şalva Natelaşvili söyləyib.

Onun sözlərinə görə, müxalifət millət vəkilləri mandatlarını ləğv etməsələr, bu danışıqlarda problem yaradacaq.

"Danışıqlar yalnız bir mövzuda keçirilə bilər, yenilənmiş seçki qanunvericiliyi ilə Jvania olmadan yeni seçkilərin tarixi haqda. Əgər mandatları ləğv etməsək, danışıqlarda problem yaranacaq, sonra bizə deyəcəklər ki, parlament quruldu, mandatları ləğv etmədiniz, indi nə istəyirsiniz? 2024-cü il gələcək, ya eşşək öləcək ya da eşşək sahibi, bu arada ölkə boşaldılacaq. O zaman danışıqlar mənasız olacaq Bütün icazə verilən siyasi mübarizə vasitələrindən ölkəmizin hər küçəsində, hər kəndində və qəsəbəsində kütləvi hərəkət şəklində istifadə ediləcək. Böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, Putinin pulu ilə Bidzina İvanişvilinin maliyyələşdirdiyi Trampın dövrü Vaşinqtonda sona çatdı", - dedi Şalva Natelaşvili.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər