14 
Mar
2020
21:31
1978

Marneulidə Çayxanalar bağlandı

Bu gün, Marneulidə və kəndlərdə yerləşən bütün çayçılar bağlanıb.

InterPress.ge xəbər verir ki, obyektlərin bağlanmaqında məqsəd vətəndaşların təhlükəsizliyini təmin etmək üçün olduğunu bildirilir.

Obyekt sahiblətinin InterPress.ge-yə verdiyi məlumata görə, aidiyyatl qurumlardan gələrək 10 günlük bağlı saxlamalarını bildiriblər.

Marneuli meri Zaur Darğallı sözü gedən məsələ ilə bağlı öz afacebook səhifəsində vətəndaşları tövsiyələri nəzərə aldığları üçün təşəkkür edib.

"Ictimai məsuliyyət hissi ilə yanaşaraq, COVID-19-un yayılmasının qarşısını almaq məqsədilə tövsiyələri operativ şəkildə nəzərə alıb, vətəndaşların təhlükəsizliyini təmin etmək üçün bir müddət fəaliyyətlərini dayandıran, Marneuli Munisipaliteti ərazisində yerləşən Çayxana sahiblərinə öz təşəkkürümü bildirirəm", - deyə Zaur Darğallı deyd edib.

Qeyd edək ki, son 24 saat ərzində Gürcüstanda yoluxmuş koronavirusun ümumi sayı 25 nəfərdən 30 nəfərə qədər artıb. Gürcüstanda virus yüksək risk almağa başlayıb, ölkədə ilk dəfə olaraq daxildə üçüncü yoluxma halı qeydə alınıb. Bu o deməkdir ki, insanlar xaricdə yoluxmuş vətəndaşlarla təmasda olarkən koronavirusa yoluxublar.

Bizimlə əlaqə saxlayın