23 
Yan
2021
21:04
606

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Levan Davitaşvili ilə görüşüb

Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri Levan Davitashvili ilə görüşüb.

Bu barədə InterPress.ge-yə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Görüşdə iki ölkə arasında kənd təsərrüfatı, qida təhlükəsizliyi və ekologiya sahəsində sıx əməkdaşlıq əlaqələrinin qurulduğu, bu sahələrdə yeni layihələrin icrası və müqavilələrin imzalanmasının təşviqi baxımından yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Həmçinin, iki ölkə arasında ikitərəfli ticarətdə qeyri-neft məhsullarının çəkisinin artırılması, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, eləcə də, bu sahədə sərmayə yatırımlarının təşviqi imkanları müzakirə olunmuşdur.

Eyni zamanda, görüşdə Qafqazda vəhşi təbiətin bərpası və biomüxtəlifliyin qorunması, trans-sərhəd çayların, o cümlədən Kür çayı hövzəsi sulardan səmərəli istifadə sahəsində əməkdaşlıq edildiyi və bu sahədə hüquq bazanın təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır. Habelə, SOCAR tərəfindən Gürcüstanda sosial-iqtisadi sahələrdə həyata keçirilən layihələrdən, xüsusilə COVID-19 pandemiyası dövründə Gürcüstanda yerli fermerlərə dəstək üçün icra edilən aqrodizel layihəsindən məmnunluq ifadə edilib.

Görüşdə həmçinin, Gürcüstanda torpaq sahəsində həyata keçirilən islahatlar, o cümlədən “Meşə Məcəlləsi”nə dəyişikliklərlə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Ölkələrimiz arasında kənd təsərrüfatı və ətraf mühit sahələrində ikitərəfli əməkdaşlıqla yanaşı, Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli əməkdaşlıq üçün böyük potensial olduğu, fındıq istehsalı və digər sahələrdə bir sıra mühüm layihələrin icra olunduğu qeyd edilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər