23 
Yan
2021
10:53
844

"Avropalı Gürcüstan" partiyasının liderlərindən olan Qiqi Uqulava sərhəddən buraxılmadı

"Avropalı Gürcüstan" partiyasının liderlərindən biri olan Qiqi Uqulava sərhədi keçməsinə icazə vermədikləri haqqında məlumat yayımlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Uqulava feysbuk hesabında yazıb.

Uqulavanın sözlərinə görə, bu gün o, sərhəddə dayandırılıb və Gürcüstan sərhədini keçə bilməyəcəyi söylənib, lakin məhkəmə ona heç bir məhdudiyyət qoymayıb.

"Daxili İşlər Nazirliyi, bu ölkə doğurdan da İvanişvilinin arxa bağçasıdır? Bu gün sərhəddə məni qanunsuz şəkildə dayandırdılar, bir saat gözlətdilər - qırmızıdasan dedilər, aydındır ki,suallarıma cavabları yoxdur, ona görə ki, məhkəmə tərəfindən hər hansı bir məhdudiyyətim yoxdur. Axırda mənə dedilər ki, sərhəddi keçə bilməzsən. Putinin Rusiyası və polisi belə hərəkət edir", - deyə Uqulava yazıb və Xalq Müdafiəçisi Nino Lomgariaya müraciət edib.

"Sizə rəsmi olaraq müraciət etmək istəyirəm ki, bu sərhəd keçə bilməmək qanunsuzluğunu öyrənəsiniz, hansı ki, artıq müxalifət və rejim üçün, xoşagəlməz şəxslərə qarşı Gürcüstan sərhədində adi bir praktikadır, - deyə Uqulava bildirib.

Bizimlə əlaqə saxlayın