22 
Yan
2021
17:02
439

Talakvadze: "Hökumət danışıqların növbəti mərhələsi üçün hazırlaşır"

"Hökumət danışıqların növbəti mərhələsi üçün hazırlaşır".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin sədri Arçil Talakvadze söyləyib.

Talakvadze vasitəçi səfirlərə danışıqlar prosesində iştirak etdikləri və verdikləri dəstəyə görə təşəkkür edib.

“Biz danışıqların növbəti mərhələsi üçün hazırlaşırıq və düşünürəm ki, bu görüşlər və məsləhətləşmələr buna kömək edəcəkdir. Bir daha vasitəçi səfirlər xanım Deqnan və cənab Hartzelə bu prosesdə iştirak etdikləri və verdiyi dəstəyə görə təşəkkür edirəm. Özünüidarəetmə seçkiləri üçün, ATƏT / DTİHB tövsiyələrinə əsaslanan çox vacib bir islahat təklif edirik, burada söhbət seçki sistemi, bariyer, özünüidarə orqanlarında proporsional paylanma, səslərin hesablanması mexanizmi, yeni texnologiyanın tətbiqi kimi prosedurlardan gedir. Bu, əlbəttə ki, MSK-nı işçi heyəti prinsipi kimi digər vacib məsələlərə də aiddir. Buna görə seçki islahatı öz məzmununa görə əhəmiyyətli və çox əhatəlidir və düşünürəm ki, burada sağ fikir odur ki, bu haqda razılaşmaq mümkündür", - dedi Arçil Talakvadze.

Ayrıca, plebisitlə əlaqədar olaraq, parlament sədrinin qeyd etdiyi görə, növbədənkənar seçkilər və ya bununla əlaqəli hər hansı bir versiya, o cümlədən plebisit, hökumət tərəfindən tələblər əsassız olduğu və müvafiq bir əsaslandırılması olmadığı üçün müzakirə edilməyəcəkdir.

“Bu fürsətdən istifadə edəcəyik və parlamentdə müxalifətlə birlikdə bu islahatı həyata keçirməyə hazır olduğumuzu bildirəcəyik. Plebisitə gəlincə, bir daha vurğulayıram ki, növbədənkənar seçkilər və ya bununla əlaqəli hər hansı bir versiya, o cümlədən fraqmanetli şərhlər eşitdiyimiz plebisit tərəfimizdən müzakirə edilməyəcəkdir. Yeni seçkilərin keçirilməsi barədə müvafiq sübut olmazsa tələbin əsassız olduğuna inanırıq. Dialoq çərçivəsində müxalifətə iddialarını birlikdə yoxlamağı və istinad etdikləri bütün məsələləri birlikdə araşdırmağı təklif etdik. Nəhayət, paralel saymanın nəticələri ilə bağlı arqumentlərinin qalmadığını gördünüz, yenidən saymaları rədd etdiklərini gördünüz, komissiya qurmaqdan da imtina etdiklərini gördünüz. Bu səbəbdən müxalifətin radikal qanadı tərəfindən saxtalaşdırma haqqında başladılan kampaniyanı, demokratiyaya hücum və sabitliyi pozmağa xidmət etdiyini hesab edə bilərik, hansı ki, onlar bunu əldə edə bilmədilər", - dedi Arçil Talakvadze.

Bizimlə əlaqə saxlayın