22 
Yan
2021
14:14
1033

Bu məktəblərdə müəllimlər hər iki həftədən bir məcburi testdən kecəcək

"Təhsi prossesi siniflərdə yenilənəcək olan məktəblərdə müəllimlər müntəzəm olaraq test ediləcək".

InterPress.ge xəbər verir ki, Gürcüstanın Təhsil Naziri Mixail Çxenkeli bu barədə Koordinasiya Şurasının iclasından sonra bildirdi.

Mixeil Çxenkelinin qeyd etdiyinə görə, müəllimlər iki həftədən bir sistematik testdən keçiriləcəkdir.

"Təhsi prossesi siniflərdə bərpa olan məktəblərdə müəllimlər müntəzəm olaraq testdən keçiriləcəklər. Müəllimlərin sistematik testi iki həftədən bir baş tutacaq. Nazirlik, digər təhsil müəssisələrində, universitetlərdə və peşə məktəblərində olduğu kimi məktəblərdə də tibbi protokollara ciddi şəkildə riayət ediləcəyi prinsipinə həmişə əməl etmişdir. Bu, ən yüksək səviyyəyə qaldırılan bir məsələ olacaq",- dedi nazir.

Bizimlə əlaqə saxlayın