22 
Yan
2021
11:33
1246

Nazir müavini: "Bu gün ən vacib məsələ sinifdə təhsilin nə vaxt başlayacağıdır"

"Bu gün ən vacib məsələ sinifdə təhsilin nə vaxt başlayacağıdır".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Təhsil nazirinin müavini Ekaterine Dqebuadze söyləyib.

Onun sözlərinə görə, bu mövzuda Koordinasiya Şurası ilə yanaşı həkimlər və epidemioloqlar ilə gündəlik iş prosesi mövcuddur.

"Bu gün ən vacib məsələ sinifdə təhsilin nə vaxt bərpa olunacağıdır. Koordinasiya Şurasında və eyni zamanda Koordinasiya Şurası ilə çalışan həkimlər, epidemioloqlarla gündəlik iş prosesi mövcuddur. Planın ətrafında öyrənmə prosesinin hansı formada və nə vaxt yenidən sinif otaqlarına qayıdılacağı barədə bir müzakirə var, söhbət 10 şəhərdən gedir, hansı ki, tədris distant formada keçirilir. Ümid edirəm ki, çox tezliklə bu məlumatı elan edəcəyik", - dedi Ekaterine Dqebuadze, Gürcüstanın Birinci Kanalında "Maka Çinçadze ilə aktual mövzu" verilişində.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər