22 
Yan
2021
11:07
233

Həmyerlisini öldürən şəxs saxlanıldı

DİN-in Kaxeti Polis Şöbəsinin əməkdaşları, əməliyyat, istintaq və axtarış tədbirləri nəticəsində, qəsdən adam öldürmə faktı ilə əlaqədar, Axmeta Bələdiyyəsində 1975-ci il təvəllüdlü X.Q-nı saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı DİN yayır.

"İstintaq zamanı məlum oldu ki, təqsirləndirilən şəxs bu il yanvarın 17-də Axmeta Bələdiyyəsinin Duisi kəndində həmyerlisi - 1979-cu il təvəllüdlü İ.K.-nın bədəninə soyuq silahla ölümcül yaralar vurub və gizlənib. Alınan yaralar nəticəsində İ.K. hadisə yerindəcə ölüb.

Hüquq mühafizəçiləri bir neçə gün davam edən istintaq və əməliyyat tədbirləri nəticəsində təqsirləndirilən şəxsi Pankisidə saxlayıb.

Saxlanılan şəxs cinayəti etiraf edib.

Cinayət 7 ildən 15 ilədək həbs cəzası nəzərdə tutur.

Qəsdən adam öldürmə faktı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə araşdırılır", - deyilir DİN-in yaydığı məlumatda.

Bizimlə əlaqə saxlayın