19 
Yan
2021
11:52
413

Paata Imnadze: "Gürcüstan "Kovaks" platformasının tələblərini yerinə yetirdi və hər cür peyvənd almağa hazırıq"

"Gürcüstan "Kovaks" platformasının tələblərini yerinə yetirdi və hər cür peyvənd almağa hazırıq".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbər müavini Paata İmnadze bildirib.

İmnadzenin bildirdiyinə görə, Gürcüstan "Astrazeneca" tipli peyvəndlər almağa hazırlaşır.

"Biz əsasən "Astrazeneca" tipli peyvəndlər almağa hazırlaşırıq, lakin bu hələ "Kovaks" platformasında yoxdur. Hər növ peyvənd almağa hazırıq, əsas məsələ peyvəndin ötürülməsinin nə vaxt başlamasıdır.

"Kovaks" platforması ilə danışıqlara paralel olaraq müxtəlif ölkələrlə ikitərəfli danışıqlar da davam edir. Nə miqdarda gələcəyini hələ bilmirik. Hər şey "Kovaks" platformasının imkanlarından asılıdır", - deyə İmnadze qeyd edib.

Bizimlə əlaqə saxlayın