18 
Yan
2021
19:04
1478

Ermənilərin konsertinə etiraz olaraq prezidentə müraciət ünvanlandı

Məlumat verdiyimiz kimi, ABŞ-da təsis olunan və Gürcüstanda da bölməsi olan Çoxşaxəli Diplomatiya İnstitutu (IMDT) adlı qeyri-hökumət təşkilatı yanvarın 20-də “Artsax Beynəlxalq Həmrəylik” adlı onlayn xeyriyyə konsertinin keçiriləcəyini elan edib.

Elanda tədbirdən toplanacaq vəsaitin “Hayastan” ümumermənistan fonduna ödənəcəyi və qondarma “Artsax”ın “xalqı” üçün xərclənəcəyi bildirilib.

Məsələ ilə bağlı Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı icmasına məxsus bir çox təşkilatların rəhbərləri və fəal ictimaiyyət nümayəndələri birgə bəyanat elan ediblər.

InterPress.ge xəbər verir ki, bu gün Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru Rafiq Hümbət bəyanatla bağlı jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, bəyanat Gürcüstanda fəaliyyət göstərən 68 ictimai təşkilatın və ictimai fəalın iştirakı ilə hazırlanıb. Onlar ermənilərin Azərbaycan xalqı üçün ən həssas günlərdən olan 20 Yanvarda belə tədbirin keçirilməsinə etirazlarını bildiriblər.

Rafiq Hümbət Azərbaycan və Gürcüstan arasındakı dostluq və qardaşlıq münasibətlərinin əsrlərə dayandığını vurğulayaraq adı çəkilən təşkilatın bu addımını təxribat adlandırıb.

“Azərbaycan və Gürcüstan əsrlərdir qardaşlıq, dostluq, starteji mütəffiqlik münasibətində olan ölkələrdir. İndi bütün dünya azərbaycanlıları üçün olduqca həssas gündə Amerikada qeydiyyatdan keçən təşkilatın bir qrup müğənniləri toplayaraq konsert proqramı təşkil etməsi ən yaxşı halda təxribatdır”.

İcraçı direktoru qeyd edib ki, 44 günlük müharibə Azərbaycanın zəfəri ilə başa çatdı və tərəflər noyabrın 9-da müharibənin başa çatması ilə bağlı bəyanat imzaladılar:

“Daha sonra Azərbaycanın prezidenti və Ermənistan baş nazirinin Moskvada görüşü oldu. Yəni, artıq regionda sülhün bərqərar olması üçün konkret addımları atılır. Cənubi Qafqazın 3 dövləti var və bir-birimizdən ayrı heç hara gedəsi deyilik”.

O, tədbirin müharibədən zərrər çəkən və hazırda Dağlıq Qarabağda yaşayan erməniləri məzlum göstərməsi məqsədini qınayıb:

“Biz bilirik ki, 44 günlük müharibədə erməni silahlı birləşmələri Azərbaycanın konfliktdən kənar bölgələrini, şəhərlərini, Bərdə, Gəncə, Tərtəri raket, bomba atəşlərinə tutdular. Azərbaycanın 100-dən artıq dinc azərbaycanlı həlak oldu, 400-dən yaralı oldu. Yəni indi Dağlıq Qarabağda dırnaqarası “Artsax”da yaşayanları məzlum göstərmək hansı məntiqə sığır?!”.

Rafiq Hümbət bildirib ki, Gürcüstan vətəndaşı olaraq torpaqlarının işğal olunmasının ağrısını yaşadıqlarını və ən böyük arzuları tezliklə Cənubi Qafaqazda sülhün, əmin-amanlığın tamamilə bərpa olunması və Gürcüstanın ərazi bütövlüyünü təmin edilməsidir.

Birgə imzalanmış etiraz müraciəti başda Gürcüstan prezidenti Salome Zurabişvili olmaqla Gürcüstanın rəhbər orqanlarına, Amerika və Avropanın Gürcüstanda qeydiyyatdan keçmiş fəaliyyət göstərən diplomatik nümayəndəliklərinə ünvanlanıb.

Bəyanata imza atan təşkilatlar:

1. Rafiq Hümbət, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru (Marneuli

2. Ramin İgidov, Gürcüstan Müsəlmanları İdarəsinin sədri (Tbilisi)

3. Məhəbbət İmanov, Borçalı-İrəli İctimai Birliyinin sədri (Bolnisi)

4. Əlibala Əsgərov, “Qeyrət” Xalq Hərəkatının sədri (Marneuli)

5. Nəriman Qurbanov, Azərbaycanın Gürcüstandakı İş Adamları Birliyinin sədri– “AZEBİ” (Tbilisi)

6. Mahir Dərziyev – Gürcüstan Parlamentinin sabiq deputatı

7. Azər Süleymanov - Gürcüstan Parlamentinin sabiq deputatı

8. Ruslan Hacıyev - Gürcüstan Parlamentinin sabiq deputatı

9. Mirtağı Əsədov, Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri (Marneuli)

10. Əli Bədirov, Gürcüstan Azərbaycanlılarının Hüquqşünaslar Assosiasiyasının sədri (Tbilisi)

11. Namiq Hacıyev, Gürcüstanda Azərbaycan Mədəniyyətinin İnkişafı Mərkəzinin sədri (Tbilisi)

12. Rizvan İsmayılov, UNESCO Ümumdünya Rəssamlar İttifaqının və Gürcüstan Rəssamlar İttifaqının üzvü

13. Leyla Əliyeva, M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin sədri (Tbilisi)

14. Mahmud Hacıxəlilov, professor

15. Əli və Nino adına Gürcüstan-Azərbaycan Sosial və Mədəni İnkişaf Mərkəzi (Batumi)

16. Emin Əhmədov, İnkişaf və Təhsil Mərkəzinin sədri (Marneuli)

17. Camal Məmmədov, Yaradıcı Gənclər Akademiyasının rəhbəri (Marneuli)

18. Əli Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin rəhbəri (Tbilisi)

19. Elmira Yusubova, UNİON Gənclər Təşkilatının sədri (Marneuli)

20. Rasim Məmmədov, Gürcüstan Əhli-Beyt cəmiyyətinin sədri (Marneuli)

21. Azər Məmmədov, Gürcüstan Lider-Media Təşkilatının rəhbəri (Marneuli)

22. Anar Rafiqoğlu, Tbilisi “Era Teatrı”

23. Bəhram İsayev Rustavi Azərbaycanlılarının İctimai Təşkilatının sədri

24. Leyla Məmmədova, Gürcüstan Azərbaycanlı Gənclər İttifaqının sədri (Marneuli)

25. Gültəkin Mustafayeva, Gürcüstan Aktiv Azərbaycanlı Qadınlar Assosiasiyasının sədri (Tbilisi)

26. İsrafil Bayramov, “Borçalı” İş Adamları Birliyinin sədri (Marneuli)

27. Əlixan Yəhyaoğlu, Bolnisi Azərbaycalılarının Mədəniyyət Mərkəzinin sədri

28. Tapdıq Yolçu, “Dostluq yolu” İctimai Təşkilatının sədri (Rustavi)

29. Faiq Nəbiyev, Tbilisidəki “Alulbeyt” dini-mədəni mərkəzinin rəhbəri

30. Ceyran Qurbanova, Gürcüstanda yaşayan Azərbaycanlı Məktəbli-Gənclərin Mədəniyyət Mərkəzinin rəhbəri (Tbilisi)

31. Elcan Abdullayev, “Loğman” Tibb Mərkəzinin rəhbəri (Qardabani)

32. Nizami Məmmədzadə, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri (Marneuli)

33. Elbrus Məmmədov, Milli Azlıqlar üzrə Monitorinq Qrupunun rəhbəri (Tbilisi)

34. İdris İsmayılov, “Loğman” qeyri-hökumət təşkilatının sədri (Bolnisi)

35. Mustafa İsmayılov, Gürcüstanın Azərbaycanlı Tələbələr Birliyinin sədri (Tbilisi)

36. Ehtiram Əmirxanlı, Elmi Araşdırmalar Assosiasiyası (Marneuli)

37. Mübariz Qarayev, “Şəffaf Qafqaz” Yenidənqurma və İnkişaf Mərkəzinin rəhbəri (Tbilisi)

38. Cambul Məmmədli, “Varlıq” Mədəniyyət Mərkəzinin sədr müavini (Rustavi)

39. Kamil Kirəcli, “Ozan” cəmiyyətinin sədri (Marneuli)

40. “Gürcüstan” qəzetinin redaksiyası (Tbilisi)

41. Maya Rəcəbova, “Salam” Mədəni-Xeyriyyə Təşkilatının sədri (Rustavi)

42. Kamil Əliyev, Gürcüstan Həmrəylik Hərəkatının sədri (Marneuli)

43. Ağabalı Xeyirxəbərov, “Qaraçöp” Ağsaqqallar Şurasının sədri (Saqareco)

44. Gürcüstan Azərbaycanlılarının İslahatlara və İnkişafa Dəstək Assosiasiyası (Tbilisi)

45. Qəhrəman Musayev, Gürcüstan Müdafiə Nazirliyinin və Gürcüstan Daxili İşlər Nazirliyinin Sosial Müdafiə İttifaqının Azərbaycan sektorunun müdiri (Tbilisi)

46. Xaləddin Yolçuyev, Rustavi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin sədri

47. Gürcüstanın Azərbaycanlı Gənclər Forumu (Marneuli)

48. Əsəd Əliyev, Böyük Birlik Təşkilatının sədri (Marneuli)

49. İsaq Novruzov, Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurasının sədri (Tbilisi)

50. Akif Xansultanlı, “İnteqrasiya” Elmi-Mədəni Araşdırmalar Mərkəzinin sədri (Marneuli)

51. M.F.Axundov adına Gürcüstan-Azərbaycan Xeyriyyəçilik Təşkilatı (Batumi)

52. Vəli Əliyev,“Qarayazı” Dirçəliş İttifaqının sədri (Qardabani)

53. Fazil Həsənov, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri

54. Cəmilə Sarvanqızı, “Sarvan” Folklor Ansamblının rəhbəri (Marneuli)

55. Leyla Süleymanova, Gürcüstanın Azərbaycanlı Qadınlar Assosiasiyasının sədri

56. “Zeynəb” Qadınlar Birliyi (Tbilisi)

57. Qasımlı Gənclər Mərkəzi (Marneuli) (Tbilisi)

58. Səadət Zeynalqızı, Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının sədri (Qardabani)

59. “Sadaxlı” Mədəniyyət Mərkəzi (Marneuli)

60. Elçin Daşdanov, Əhli-Beyt Aşiqləri Forumunun sədri (Marneuli)

61. Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin (Rustavi)

62. Musa Hacıyev, Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatı (Qardabani)

63. Hacı Əziz Nəbiyev, İmam Hüseyn Məscidinin axundu (Marneuli)

64. Cəlal Qarayev, “Darvaz” mədəni-xeyriyyə ictimai təşkilatının sədri (Bolnisi)

65. Hacı Hacıyev, İmam Əli Məscidinin axundu (Marneuli)

66. Supta Ambavi, Nahid Kurbanov (Marneuli)

67. Bolnisi Azərbaycanlılarının İnkişaf Mərkəzi

68. ``İmam Əli``Xeyriyyə Fondu

Bizimlə əlaqə saxlayın