1 USD = 3.301 GEL 1 1 EUR = 4.003 GEL 1 AZN = 1.943 GEL 1 TRY = 0.447 GEL 1 RUB = 4.371 GEL
14 
Yan
2021
17:31
411

Yaradıcı Gənclər Akademiyasının həyata keçirdiyi beynəlxalq layihə “Distant Təhsilə Dəstək Proqramı” davam edir

Yurtdışı Türkler Ve Akraba Toplulukları Başkanlığının (YTB) maliyyə dəstəyi ilə “Yaradıcı Gənclər Akademiyasının” (CYA) həyata keçirdiyi beynəlxalq layihə olan “Distant Təhsilə Dəstək Proqramı” çərçivəsində Kvemo Kartlidə məktəb şagirdlərinə və müəllimlərə online “Microsoft Teams ” və “Zoom” platformasının öyrədilməsi davam edir. 

Bu barədə InterPress.ge-yə Layihə haqqında layihə kordinatoru Atif Abbasov məlumat verib.

Məktəb müəllimlərinin tələblərinə görə layihənin ikinci mərhələsində 30 müəllimdən ibarət qruplar təşkil edildi. 

Qeyd olunur ki, ilk mərhələdə şagirdlərdən ibarət 4 qrup dərsləri tamamlamışdır. Ümumilikdə dərslərdə 200 nəfər şagird iştirak edib. 

Sözü gedən layihə ötən ilin sentyabr ayında başlayıb. Layihənin 3-cü mərhələsinə isə sonrakı ayın əvvəlində start veriləcək.

Bizimlə əlaqə saxlayın