14 
Yan
2021
16:21
635

İmnadze: "Maska taxmaq nəinki yazda, yayda da aradan qaldırılmayacaq"

"Əhalinin qaydalara əməl etməsi halında məhdudiyyətlər yüngülləşdiriləcəkdir".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbər müavini Paata İmandze söyləyib.

Onun sözlərinə görə, maska taxmaq ehtiyacı nəinki yazda, yayda da aradan qaldırılmayacaq.

"Qaydalara riayət etsək, artım olmayacaq və məhdudiyyətləri yumşaltmaq mümkün olacaq. Tənzimləmələr fevral ayından etibarən yüngülləşdiriləcək, lakin qaydaların yüngülləşmə dərəcəsi epidemioloji vəziyyətdən asılı olacaq. Qaydalara nəzarətin sərtləşdirilməsinə gəlincə, maska taxma ehtiyacı nəinki yazda, yayda da aradan qaldırılmayacaq. Tengiz Çerçvadze, mövcud qaydaların qorunmasına nəzarətin sərtləşdirilməli olduğunu söylədi və qaydaların özünündə sərtləşdirilməli olduğunu söyləmədi, bu tamamilə doğrudur",- dedi Paata Imnadze Birinci Kanalın efirində.

Bizimlə əlaqə saxlayın