1 USD = 3.304 GEL 1 1 EUR = 4.023 GEL 1 AZN = 1.945 GEL 1 TRY = 0.447 GEL 1 RUB = 4.412 GEL
14 
Yan
2021
09:44
366

Alimlərdən növbəti xəbərdarlıq

Böyük Britaniyanın Kardiff Universitetinin alimləri hesab edirlər ki, Antarktidada aysberqlərin əriməsi planetimizdə bir sıra fəsadlara yol açacaq.

InterPress.ge” xəbər verir ki, bu barədə “Daily Mail” yazır.

Alimlərin sözlərinə görə, bu, zəncirvari reaksiyası doğura, Yer kürəsində yeni buz dövrü başlaya bilər.

Tədqiqatçılar qeyd ediblər ki, əriyən aysberqlər şirin suyu Atlantik okeanına qarışdırır. Bu prosesə görə okeanın dövriyyəsində dəyişikliklər baş verir, yəni planeti iqlimin kəskin dəyişikliyi, o cümlədən soyuması təhlükəsi ilə gözləyir.

Alimlər müəyyənləşdiriblər ki, son 1,6 milyon il ərzində hər buz dövrünün başlanğıcında aysberqlərin əriməsi ilə okeanın dövriyyəsinin arasında əlaqə olub.

Xatırladaq ki, artıq bir müddətdir, Antarktidada aysberqlərin əriməsi prosesi baş verir. Bu yaxınlarda planetimizin ən böyük aysberqinin parçalanması barədə məlumatlar yayılıb.

Bizimlə əlaqə saxlayın