13 
Yan
2021
18:55
439

İmnadze: "Bu anda ölkənin 200 min doza Pfizer peyvəndi almaq imkanı var"

"Bu anda ölkənin 200 min doza Pfizer peyvəndi almaq imkanı var".

InterPress.ge xəbər verir ki, bu barədə Koordinasiya Şurasının iclasından sonra Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbər müavini Paata Imnadze bildirib.

Imnadze, Tengiz Çerçvadzenin açıqlaması ilə əlaqədar suala cavab verib, hansı ki, mənfi 80 dərəcəli soyuducu problemi olması səbəbindən Gürcüstan bir milyon doza "Pfizer" peyvəndi ala bilməz.

Paata Imnadzenin dediyinə görə vaksin, Kovaks platformasına əlavə olaraq, peyvənd istehsalçıları ilə birbaşa danışıqlar yolu ilə də əldə edilə bilər.

"Hazırda ölkənin 200 min doza Pfizer peyvəndi almaq imkanı var. Kovaks platformasından alınacaq, ilkin ödənişlər edildi.

Kimsə bizə bu peyvəndi birbaşa verərsə, birbaşa istehsalçıdan satın almaq üçün ölkə hazırdır. Kovaksın alternativ bazarı istehsalçılar ilə birbaşa danışıqlardır. Təəssüf ki, bu peyvəndləri hələ birbaşa almaq mümkün deyil", - dedi İmnadze.

Səhiyyə naziri Ekaterine Tikaradze də Tengiz Çerçvadzenin açıqlaması ilə bağlı sualı cavablandırıb. Onun Koordinasiya Şurasının sonunda söylədiyinə görə, vaksinasiya çətin prossesdir, ancaq peyvəndi əldə etmək üçün heç bir komplikasiyanın olmaması üçün planlı işlər aparılır.

"İstənilən halda, istər Pfizer peyvəndi olsun, istərsə də başqa bir peyvənd olsun, hər peyvəndin mərhələləşdirilməsinə və müəyyən bir hissəsinin ölkəyə gətirilməsinə ehtiyac var. Bunu təkcə Gürcüstan deyil, digər ölkələr də həyata keçirir, çünki aşılama prosesi kifayət qədər mürəkkəbdir və təkcə soyuq zəncirin mövcudluğu Gürcüstana idxal edilə biləcək aşıların həcmini müəyyənləşdirmir.

Biz planlı bir şəkildə işləyirik və bu səbəbdən digər komponentlərdə hər hansı bir çətinliyimizin olmadığı kimi, bu komponentdə də əhalimiz dünya bazarında satın alına biləcək bütün miqdarlara tam çatacaqdır. Gürcüstanda mövcud və ya mövcud olmayan şərtlər səbəbindən əhali problemlərə məruz qalmayacaq”,- dedi Ekaterine Tikaradze.

Xatırlatmaq istərdik ki, Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Çerçvadzenin dediyinə görə, Gürcüstanda bir milyon doza Pfizer peyvəndi saxlayacaq maddi-texniki baza yoxdur, çünki bu miqdarda mənfi 80 dərəcəlik soyuducularımız yoxdur.

Bizimlə əlaqə saxlayın