12 
Yan
2021
17:36
1902

Gürcüstan azərbaycanlıları Saakaşvilini Allahla müqayisə edən kanal direktorundan üzr tələb edirlər

Müxalif “Mtavari” televiziya kanalının baş direktoru Nika Qvaramiyanın sözləri ölkənin müsəlman icmasının narazılıqlarına səbəb olub.

InterPress.ge xəbər verir ki, Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin siyasətdən getməsi barədə ötən gün yaydığı açıq məktubu şərh edən N.Qvaramiya xoşa gəlməz müqayisə aparıb.

“Yarızarafta deyim ki, praktiki olaraq yazılıb ki, Saakaşvili Allah, Qvaramiya isə onun rəsulu Məhəmməddir”, - deyə o, bu sözləri kanalın efirində söyləyib.

Gürcüstan müsəlmanları kanal rəhbərinin bu sözlərinə hiddətləniblər. Onlar N.Qvaramiyanın ölkə müsəlmanlarından üzr istəməsini tələb edirlər.

Parlament deputatı Savalan Mirzəyev də N.Qvaramiyanın sözlərini qətiyyətlə pisləyib. O, bu cür müqayisənin qəbuledilməz olduğunu qeyd edərək kanal direktorunu müsəlmanlardan üzr istəməyə çağırıb.

Bizimlə əlaqə saxlayın