1 USD = 3.299 GEL 1 1 EUR = 4.003 GEL 1 AZN = 1.941 GEL 1 TRY = 0.446 GEL 1 RUB = 4.496 GEL
12 
Yan
2021
15:58
2977

Savalan Mirzəyev: “Nika Qvaramia dərhal müsəlmanlardan üzr istəməlidir!”

“Nika Qvaramia dərhal müsəlmanlardan üzr istəməlidir!”.

Bu barədə Gürcüstan parlamentinin millət vəkili Savalan Mirzəyev InterPress.ge-yə müsahibəsində qeyd edib.

O,qeyd edir ki, Nika Qvaramianın bu çıxışı müsəlmanlara qarı təhqirdir.

“Nika Qvaramianın bu fikirlərini sərt şəkildə qınayıram və onun müsəlmanlar və Gürcüstan ictimayyətinin qarşısında üzr istəməyini istəyirəm. Qvaramia və onun kimilərinin bu birinci dəfəsi deyil ki, insanların dini və milli inanclarına toxunurlar. Mən Nika Qvaramianın bu çıxışını müsəlmanlara qarşı təhqir olaraq hesab edirəm. Heçkim mənim və ya başqa bir şəxsin dinini və inancını xoşa gəlməz müqayisə edə bilməz”.

Xatırladaq ki, N.Qvaramiya Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin siyasətdən getməsi barədə açıq məktubunu şərh edərkən özünün sözlərinə görə, yarızaraftla deyib ki, orada praktiki olaraq Saakaşvilinin Allah, Qvaramiyanın isə onun rəsulu Məhəmməd olduğu yazılıb.

 

Bizimlə əlaqə saxlayın