08 
Yan
2021
11:56
602

Zaal Udumaşvili: "Hökumətin mövqeyini, hansı təkliflə çıxış edəcəklərini gözləyirik, çünki..."

"Növbədənkənar seçkilər bizim üçün qırmızı xəttdir və bu səbəbdən parlament mandatlarından imtina etdik".

InterPress.ge xəbər verir ki, bu barədə "Milli Hərəkat" ın nümayəndəsi Zaal Udumaşvili deyib.

Onun sözlərinə görə, mövcud vəziyyətin yeganə həlli yalnız yeni seçkilərdir.

“Buna nə ad veriləcək, bu danışıqlar mövzusu ola bilər. Mövqeyimiz hər kəsə bəllidir, indi hökumətin mövqeyini gözləyirik, danışıqlar masasına hansı təkliflə gələcəklər, çünki bu pəncərə yavaş-yavaş bağlanır, ümumiyyətlə bağlanacaq. Yəqin ki, parlamentdə olmağımızdan asılı olmayaraq danışıqlar gələcəkdə də davam edəcək, baxmayaraq ki, bu danışıqlar çox fərqli bir statusa sahib olacaq.

Bu səbəbdən hökumətin irəli sürəcəyi hər hansı bir təklif rasional və müxalifət üçün məqbul olmalıdır. Arxamızda bu seçkilərdə bizə dəstək olan yüz minlərlə seçici var və bu seçki hökumət tərəfindən oğurlandı. Beləliklə, arxamızda seçicilər var və biz danışıqlar masasına oturarkən onların mandatları ilə danışırıq ”,- dedi Zaal Udumaşvili.

Bizimlə əlaqə saxlayın