Baş Nazirin rəbərliyi ilə iclas keçirildi - Nələr müzakirə olundu?
Baş nazir Qiorqi Qaxarianın rəhbərliyi ilə Hökümət Administrasiyasında keçirilmiş İdarələrarası Koordinasiya Şurasının bugünkü iclasında Gürcüstanda epidemioloji vəziyyət və aşılama mərhələsinə hazırlıq prosesi müzakirə edilmişdir.
InterPress.ge xəbər verir ki, Gürcüstan Hökuməti administrasiyasından verilən məlumata görə, iclasda Gürcüstanda epidemioloji vəziyyət ətraflı müzakirə edilib
Məlumata görə, tətbiq olunan məhdudiyyətlər fonunda, yoluxmuşların nisbi azalmasına baxmayaraq, ehtiyatlı olmağın vacib olduğu qeyd edilib.
Epidemioloqlar bir daha sosial məsafə və maskalar daxil olmaqla bütün tövsiyələrə riayət etməyin vacibliyini vurğulayıblar.
“Koordinasiya Şurasının iclasında əsas peyvəndləmə prosesi və Baş nazir tərəfindən bu mövzuda yaradılan xüsusi komissiya tərəfindən atılan addımlar müzakirə edildi. Xaricdəki Gürcüstan diplomatik korpusunun nümayəndələri video konfrans şəklində Şura üzvlərinə peyvənd prosesinin rəvan həyata keçirilməsini təmin etmək üçün aparılan işlər barədə ətraflı məlumat verdilər. Gürcüstanda ilk koronavirus halı aşkar edildiyi vaxtdan bəri, virusla əlaqəli laboratoriyada təsdiqlənmiş 233 879 hal aşkar edildi, onlardan 223 276 nəfər sağaldı və 2 666 nəfər vəfat etdi. Bu mərhələdə 484 nəfər karantinada, 765 vətəndaş klinik otellərdə, 3 901 nəfər stasionar nəzarət altındadır. İdarələrarası Koordinasiya Şurasının iclasında Gürcüstanın Çindəki səfiri Arçil Kalandia, Gürcüstanın Hindistandakı səfiri Arçil Dzuliaşvili, Gürcüstanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Paata Kalandadze, Gürcüstanın Türkiyədəki səfiri Qiorqi Gangğava və Gürcüstanın Polşadakı səfiri İlia Darçiaşvili və Gürcüstanın Böyük Britaniyadakı səfiri Sopo Kaçarava iştirak etdilər. Baş nazirin rəhbərlik etdiyi İdarələrarası Koordinasiya Şurasının işində Gürcüstanın Parlament sədri Arçil Talakvadzenin rəhbərliyi ilə Parlament və prezident administrasiyası fəal iştirak edirlər",- deyə agentliyin açıqlamasında bildirilir.


