SON DƏQİQƏ! Gürcüstanda yeni koronavirus növü təsdiqləndi
"Gürcüstanda koronavirisun yeni növü təsdiqləndi".
InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbər müavini Paata Imnadze Səhiyyə Nazirliyində keçirilən mətbuat konfransında jurnalistlərə açıqlama verib.
Onun dediyinə görə, üç nümunədən ikisinin cavabı mənfi çıxıb, üçüncüsündə isə yeni koronavirus növü təsdiqlənib.
İnfeksiyaya yoluxmuş 50 yaşdan yuxarı pasiyentdir, özünü yaxşı hiss edir və özünütəcrid rejimindədir. İmnadzenin qeyd etdiyinə görə onun kontakta olduğu bioloji nümunəsi araşdırılır. Onun dediyinə görə, yeni koronavirusa yoluxmuş şəxs Britaniyada olmayıb, ancaq İmnadze pasiyentin səyahət tarixçəsinin hansı ölkələrə olduğunu açıqlamayıb.
Epidemioloqun dediyinə görə, yeni koronavirus növünə yoluxmuş şəxs artıq praktik olaraq sağalıb. Paata Imnadzenin dediyinə görə, yeni növ koronavirusdan şiddəti və ya ölümcüllüyü ilə fərqlənmir, baxmayaraq ki, mövcud növdən yüksək ötürmə ilə fərqlənir, buna görə də, təhlükəsizlik tədbirlərinin qorunması vacibdir.


