
Azərbaycan parlamentinin sədri Arçil Talakvadzeni təbrik etdi
Azərbaycan Parlamentinin sədri Sahiba Qafarova Arçil Talakvadzeni Gürcüstan Parlamentinin sədri seçilməsi münasibətilə təbrik edib.
InterPress.ge xəbər verir ki, məlumat Gürcüstan parlamentinin mətbuat xidməti tərəfindən yayımlanıb.
“Gürcüstan parlamentinin sədri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm və işlərinizdə uğurlar diləyirəm. Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq son illərdə nəzərəçarpacaq dərəcədə inkişaf edir. Ölkələrimiz arasında sürətlə yaxşılaşan siyasi, iqtisadi və mədəni əlaqələrdən məmnunam. İnanıram ki, parlamentlərarası əməkdaşlıq xalqlarımız arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi üçün əlavə bir təkan verəcəkdir",- deyə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova təbrik məktubunda bildirib.