—

Qan donduran hadisə: Dünyaya yeni gəlmiş körpəsini torbaya qoyub zibilliyə atdı - VİDEO

1,893
Qan donduran hadisə: Dünyaya yeni gəlmiş körpəsini torbaya qoyub zibilliyə atdı - VİDEO
Dinləmək üçün basın

Türkiyənin Çanaqqala şəhərində qadının yeni doğulmuş körpəsini zibil qabına atmasının görüntüləri yayılıb.

Türkiyənin Çanaqqala şəhərində qadının yeni doğulmuş körpəsini zibil qabına atmasının görüntüləri yayılıb.

InterPress.ge xarici mətbuata istinadən xəbər verir ki, 22 yaşlı tibb bacısı Ezgi Ç. körpəsini dünyaya gətirdikdən sonra onu selofan torbaya qoyub soyuqqanlılıqla zibilliyə atıb.

Göbək çiyəsi hələ üzərində olan körpə zibilyığan qadın tərəfindən tapılıb.

Dərhal müdaxiləyə rəğmən körpənin həyatını xilas etmək mümkün olmayıb.

Hadisədə günahlı bilinən Ezgi Ç. və 21 yaşlı sevgilisi Mustafa P. saxlanılıb.

Ezgi Ç. ifadəsində deyib ki, hamilə olduğunu ailəsindən gizlədib və uşaq nikahdan kənar doğulduğu üçün onu məhv etmək qərarına gəlib.

Onun valideynləri – 44 yaşlı anası və 47 yaşlı atası da cinayəti ört-basdır etdikləri üçün polis tərəfindən saxlanılıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →