—

Gürcüstan müxalifəti etirazları dayandırdı

1,129
Gürcüstan müxalifəti etirazları dayandırdı
Dinləmək üçün basın

Gürcüstan müxalifəti hakim partiyaya qarşı etiraz aksiyalarını dayandırdığını bəyan edib.

Gürcüstan müxalifəti hakim partiyaya qarşı etiraz aksiyalarını dayandırdığını bəyan edib.

InterPress.ge xəbər verir ki, bu barədə müxalif Yeni Gürcüstan Partiyasının lideri Giorgi Vaşadze bildirib. O deyib ki, ötən gün hakim “Gürcü Arzusu” Partiyası ilə razılığın əldə edilməsindən sonra müxalifət etiraz aksiyalarına moratorium elan ediləcək.

Qeyd edək ki, ötən il iyunun 21-dən Tbilisidə keçirilən genişmiqyaslı etiraz aksiyalarında 2020-ci ildə parlament seçkilərinin proporsional (partiya siyahısı) sistemlə keçirilməsi tələb edilib. Ötən gün ABŞ-ın bu ölkədəki səfirliyində müxalifətlə hakim partiya arasında keçirilən görüşdən sonra 2020-ci ilin payızında keçiriləcək seçkilərin 120 yer proporsional və 30 yer majoritar olmaqla, 1% baryerlə keçirilməsi barədə razılığa gəlinib. Razılığa əsasən, ümumi səslərin 40%-dən çoxunu toplaya bilməyən partiya parlament çoxluğu sayılmayacaq.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →