—

Rustavi-Qırmızı körpü və Rustavi-Sadaxlı yolunun inşası təxirə salınıb

1,747
Rustavi-Qırmızı körpü və Rustavi-Sadaxlı yolunun inşası təxirə salınıb
Dinləmək üçün basın

Gürcüstanın Rustavi şəhərindən Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd keçid məntəqəsinə qədər olan yolun tikintisi təxirə salınıb.

Gürcüstanın Rustavi şəhərindən Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd keçid məntəqəsinə qədər olan yolun tikintisi təxirə salınıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri vəzifəsini icra edən Maya Tskitişvili bildirib.

Onun sözlərinə görə, buna koronavirus pandemiyasının yaratdığı maliyyə resurslarının çatışmazlığı səbəb olub.

M.Tskitişvili gələn il icrasına başlana biləcək müəyyən layihələrin təxirə salınmasının qaçılmaz olduğunu qeyd edib: “Rustavi-Qırmızı körpü və Rustavi-Sadaxlı yol hissələri də bu layihələrdəndir. Onlara 2023-cü ilə qədər start verə bilməyəcəyik. Layihələrin həyata keçirilməsinə hazır olsaq da, maliyyə və fiskal çərçivə buna imkan vermir”.

Qeyd edək ki, ötən ilin fevralında Rustavi-Qırmızı körpü və Rustavi-Sadaxlı magistral yollarının inşası ilə bağlı Avropa İnvestisiya Bankı Gürcüstana 250 milyon avro həcmində kredit ayırıb. Tikinti işlərinin 2023-cü ilədək başa çatdırılması planlaşdırılırdı.(report)

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →