—

Məhdudiyyətlər nə vaxt yüngülləşdiriləcək? - Mərkəz rəhbəri açıqlama verdi

1,294
Məhdudiyyətlər nə vaxt yüngülləşdiriləcək? - Mərkəz rəhbəri açıqlama verdi
Dinləmək üçün basın

Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Mərkəzinin rəhbəri Amiran Qamğrelidzenin sözlərinə görə, hökumətin tətbiq etdiyi məhdudiyyətlərin yüngülləşdirilib-yüngülləşdirilməyəcəyinə bu həftə sonu qərar veriləcək.

Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Mərkəzinin rəhbəri Amiran Qamğrelidzenin sözlərinə görə, hökumətin tətbiq etdiyi məhdudiyyətlərin yüngülləşdirilib-yüngülləşdirilməyəcəyinə bu həftə sonu qərar veriləcək.

InterPress.ge xəbər verir ki, bu barədə Qamğrelidze hökumət rəhbərliyində keçirilən brifinqdə qeyd edib.

Qamğrelidzenin dediyinə görə, Xəstəliklərə Nəzarət Mərkəzi koronavirus idarəçiliyi ilə bağlı qərarlarında daha radikaldır, baxmayaraq ki, Koordinasiya Şurası balanslı bir qərar verəcəkdir.

"Bu məsələ bu gün müzakirə mövzusu oldu və Koordinasiya Şurası bu həftə epidemioloji vəziyyətin inkişafını izləməyə və məhdudiyyətlərin yüngülləşdirilib-yüngülləşdirilməməsi barədə hansı ölçülərin alınacağına və miqyasına dair həftə sonunda hansı qərarın veriləcəyini müakirə edəcək. İndi nəyin açılacağını, nəyin açılmayacağını konkret olaraq deyə bilmərəm. Bildiyiniz kimi, Xəstəliklərə Nəzarət Mərkəzi bu baxımdan daha radikaldır, lakin Koordinasiya Şurası balanslı bir qərar verir, çünki iqtisadi vəziyyət, ölkənin iqtisadi inkişafı nəzərə alınasıdır və nəticədə qərar balanslı olacaq", - dedi Qamğrelidze.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →