—

Caparidze: "Seçicilərimin ehtiyacı yoxdur ki, mənim boykot rejimində olduğumu sübut edim"

459
Caparidze: "Seçicilərimin ehtiyacı yoxdur ki, mənim boykot rejimində olduğumu sübut edim"
Dinləmək üçün basın

"Seçicilərimin ehtiyacı yoxdur ki, mənim boykot rejimində olduğumu sübut edim".

"Seçicilərimin ehtiyacı yoxdur ki, mənim boykot rejimində olduğumu sübut edim".

InterPress.ge xəbər verir ki, bu barədə baryeri aşan müxalifət partiyalarının bugünkü tədbirinə qatılmayan Qirçi lideri Zurab Caparidze deyib.

Caparidzenin dediyinə görə, parlamentə girmək və ya girməmək bu məsələni həll etmir.

"Sadəcə bu tipli mərasimlərdə iştirak etməyi sevmirəm. Bənzər bir müqaviləni mənim imzaladığım Tbilisi Marriottda artıq imzalamışıq. Bundan əvvəl də oxşar bir şey imzalamışam. Seçicilərimin ehtiyacı yoxdur ki, mənim boykot rejimində olduğumu sübut edim.

Parlamentə daxil olmamaq üçün hansı prosedurlardan keçməliyəmsə, danışıqlar masasında heç bir siyasi razılıq əldə edilməyibsə, sadəcə bu prosedurlardan keçəcəyəm və bitirəcəyəm.

Mübarizəni hər formada davam etdirəcəyəm. Qirçi son dörd ildə parlamentdə deyildi, amma bir milyon iş görürdük. Bunları etməyə davam edəcəyik. Parlament yalnız əlavə bir tribunadır, giriş olub-olmaması həqiqətən həlledici bir məsələ deyil. Həlledici məsələ ölkənin fəlakətli bir vəziyyətdə olmasıdır. İqtisadi çöküşlə qarşı-qarşıyayıq. İnsanlar hər gün işlərini, gəlirlərini itirirlər. Bunun vacib olduğunu düşünürəm, həm parlament daxilində, həm də xaricində bu problemlərlə siyasi olaraq mübarizə aparıla bilinər",- dedi Zurab Caparidze.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →