—

Gürcüstanda Azərbaycanın şanlı zəfərini iki qardaş ölkənin səfirləri bir yerdə qeyd etdi

498
Gürcüstanda Azərbaycanın şanlı zəfərini iki qardaş ölkənin səfirləri bir yerdə qeyd etdi
Dinləmək üçün basın

Bu gün Azərbaycanın torpaqlarının Ermənistanın işğalından azad edilməsi uğrunda Vətən müharibəsində şanlı zəfəri Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində Türkiyə Cumhuriyyətinin Gürcüstandakı səfiri Fatma…

Bu gün Azərbaycanın torpaqlarının Ermənistanın işğalından azad edilməsi uğrunda Vətən müharibəsində şanlı zəfəri Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində Türkiyə Cumhuriyyətinin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan və əməkdaşları ilə birlikdə qeyd edilib və bu münasibətlə Bakı şəhərində keçirilmiş Qələbə paradını birlikdə izləyiblər.

Bu barədə məlumatı IntrrPress.ge-yə Azərbaycanın Gürcüstandakı səfirliyi verib.

Bildirilir ki, tədbirdə Fatma xanıma Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev tərəfindən Vətən müharibəsində zəfərin rəmzi olan və Qarabağ torpağında becərdilmiş xarıbülbül gülü hədiyyə edib. Öz növbəsində Türkiyə Cumhuriyyətinin səfiri bu gülün Türkiyənin Gürcüstandakı Səfirliyinin ərazisində olan bağdakı ən gözəl yeri bəzəyəcəyinə söz verib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →