—

Aleko Elisaşvili: "Müxalifətin 99 faizi parlamentə daxil olmaq istəyir, hər biri ayrı-ayrılıqda pıçıldayır"

404
Aleko Elisaşvili: "Müxalifətin 99 faizi parlamentə daxil olmaq istəyir, hər biri ayrı-ayrılıqda  pıçıldayır"
Dinləmək üçün basın

"Mən bu gün dedim ki, əgər bu razılaşma yerinə yetirilər isə , parlamentə daxil olmalıyıq, mən bunu deməyə cəsarət göstərdim, müxalifətin 99 faizi parlamentə daxil olmaq istəyir, lakin Bakradze-Bokeria-Uqulava istəmir…

"Mən bu gün dedim ki, əgər bu razılaşma yerinə yetirilər isə , parlamentə daxil olmalıyıq, mən bunu deməyə cəsarət göstərdim, müxalifətin 99 faizi parlamentə daxil olmaq istəyir, lakin Bakradze-Bokeria-Uqulava istəmir, çünki onlar daxil ola bilmədilər".

InterPress.ge xəbər verir ki, bu barədə Vətəndaşlar partiyasının lideri, Aleko Elisaşvili Mtavari teleşirkətinin efirində bildirib.

Aleko Elisaşvilinin də qeyd etdiyi üzrə, Milli Hərəkatın nümayəndələrinin əksəriyyəti də parlamentə daxil olmaq istəyir.

"Heç kəs bunu deməyə cəsarət göstərmir. Bunu deməyi öz üzərimə götürdüm. Buna görə də bütün çirkablar mənə istiqamətləndirildi, lakin qorxmuram. Bu xilasedici danışıqlardır, buna görə də burada əyləşmişəm və bunu qoruyuram. Mandatın heç marağında da deyiləm, 43 yaşım var, heç vaxt deputat olmamışam. Hər kəs daxil olmaq istəyir, hər biri ayrı-ayrılıqda pıçıldayır, cəsarət göstərsinlər, səslərini çıxarsınlar”- deyə Elisaşvili bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →