—

Saakaşvilinin Gürcüstan siyasətində iştirakı qanunla qadağan olunacaq

940
Saakaşvilinin Gürcüstan siyasətində iştirakı qanunla qadağan olunacaq
Dinləmək üçün basın

Gürcüstanın hakim Gürcü Arzusu Partiyası sabiq prezident Mixeil Saakaşvilinin ölkə siyasətində iştirakını qadağan edən qanun layihəsi hazırlayır.

Gürcüstanın hakim Gürcü Arzusu Partiyası sabiq prezident Mixeil Saakaşvilinin ölkə siyasətində iştirakını qadağan edən qanun layihəsi hazırlayır.

InterPress.ge xəbər verir ki, bu barədə partiyanın icraçı katibi İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, M.Saakaşvili Gürcüstanın vətəndaşı olmasa da, qiyabi olaraq azadlıqdan məhrum edilsə də, ölkədəki seçki proseslərində iştirak edib: “Ukraynalı həmkarlarımız bunun qarşısını ala bilmədilər. Ona görə də bu məsələni biz həll etməliyik”.

İ.Kobaxidze deyib ki, yeni qanun keçmiş prezidenti Gürcüstanın siyasi həyatına qatılmaq imkanından məhrum edəcək: “Qanun layihəsinə əsasən, lideri konstitusiya ilə nəzərdə tutulan meyarlara cavab verməyən siyasi partiya üçün seçici qeydiyyatı ləğv olunacaq”.

Qeyd edək ki, M.Saakaşvili bu ilin mayından Ukraynanın İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinə sədrlik edir. O, Gürcüstanda bir neçə cinayət işi üzrə ümumilikdə 6 il müddətinə qiyabi olaraq azadlıqdan məhrum edilib.

Sabiq prezident Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının təsisçisi və lideridir.(report)

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →