—

Fransa deputatı koronavirusa yoluxdu

1,023
Fransa deputatı koronavirusa yoluxdu
Dinləmək üçün basın

Fransa Milli Assambleyasının (parlament) deputatı, Fransa-Azərbaycan dostluq qrupunun üzvü, 68 yaşlı Jan-Lük Reitzer COVID-19 infeksiyası ilə xəstəxanaya yerləşdirilib.

Fransa Milli Assambleyasının (parlament) deputatı, Fransa-Azərbaycan dostluq qrupunun üzvü, 68 yaşlı Jan-Lük Reitzer COVID-19 infeksiyası ilə xəstəxanaya yerləşdirilib.

InterPress.ge xəbər verir ki, bu barədə “France Bleu" bildirib.

Məlumata görə, onun vəziyyəti ağırdır. Elzas regionundan Respublikaçılar partiyasını təmsil edən parlament üzvü tənəffüs yollarının problemi ilə intensiv terapiya şöbəsindədir. Onun koronavirusa yoluxması təsdiqlənib.

Bildirilir ki, deputat son dəfə fevralın 25-də parlamentin iclasında iştirak edib.

Son məlumatlara görə, Fransada koronavirusa yoluxanların sayı 420 nəfəri ötüb, virusa yoluxmuş 7 nəfər ölüb. Elzas regionu xəstəliyin yayılması mərkəzlərindən biridir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 87 ölkə və regionu əhatə edir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Zaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibGorduladze: “Guram Şaradze üç güllə, o cümlədən iki nəzarət atəşi ilə öldürülüb – qətl 2007-ci ildə baş verib”Son xəbərlərə bax →