—

Azərbaycanın Gürcüstandakı səfirliyində şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib - FOTO

630
Azərbaycanın Gürcüstandakı səfirliyində şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib - FOTO
Dinləmək üçün basın

Bu gün, saat 12:00-da Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində səfir Faiq Quliyev və səfirlik əməkdaşları tərəfindən Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsi uğrunda Vətən…

Bu gün, saat 12:00-da Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində səfir Faiq Quliyev və səfirlik əməkdaşları tərəfindən Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsi uğrunda Vətən müharibəsində həlak olmuş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

InterPress.ge xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.

Bildirilir ki, anım tədbirindən sonra tarixdə ilk dəfə olaraq, Gürcüstanda, Səfirliyin ərazisində işğaldan azad edilmiş Qarabağ torpağında becərdilmiş və Azərbaycanın düşmən üzərində şanlı zəfərin simvollarından biri olan Xarıbülbül gülü əkilib. Bununla da, Qarabağ ətri, qələbə ətri Gürcüstana da gətirilmişdir.

Eyni zamanda qeyd edilib ki, Xarıbülbül gülünün Gürcüstana gətirilməsi “AS Georgia” şirkətinin direktoru Emin Abbasovun dəstəyi ilə mümkün olub.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →