—

Avtomobillərdən oğurluq edən yeniyetmələr saxlanıldı

788
Avtomobillərdən oğurluq edən yeniyetmələr saxlanıldı
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Imereti, Raca-Leçxumi və Kvemo Svaneti Polis Şöbəsinin Kutaisi şəhər Şöbəsinin əməkdaşları, iki azyaşlını - 2004-cü il təvəllüdlü Q.M. və 2003-cü il təvəllüdlü R.X.-nı əməliyyat-istintaq…

Daxili İşlər Nazirliyinin Imereti, Raca-Leçxumi və Kvemo Svaneti Polis Şöbəsinin Kutaisi şəhər Şöbəsinin əməkdaşları, iki azyaşlını - 2004-cü il təvəllüdlü Q.M. və 2003-cü il təvəllüdlü R.X.-nı əməliyyat-istintaq tədbirləri nəticəsində törətdiyi oğurluq hadisəsinə görə həbs ediblər.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.

Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, istintaq müəyyən edib ki, cari il dekabrın 1-də yetkinlik yaşına çatmayan azyaşlılar Kutaisi şəhərində İrakli Abaşidze prospektində dörd vətəndaşın avtomobillərdən kompüter avadanlıqları; planşet və şəxsi əşyaları oğurlayaraq hadisə yerindən qaçıblar.

İstintaq nəticəsində hüquq-mühafizə orqanları hadisədən sonra ikinci gündə hər iki azyaşlını saxlayıb. Polis oğurlanan əşyaların bir qismini sübut kimi götürüb.

Onlar günahlarını etiraf ediblər.

Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 3-cü hissəsinin A bəndinə əsasən ilkin razılaşma ilə qrup tərəfindən törədilən oğurluq hadisəsi ilə bağlı istintaq aparılır.

Cinayət ən çox dörd ildən yeddi ilədək həbs cəzası nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →