—

Türkiyədən Gürcüstan ordusuna dəstək

1,971
Türkiyədən Gürcüstan ordusuna dəstək
Dinləmək üçün basın

Türkiyə Gürcüstanın Müdafiə Qüvvələrini yeni maddi-texniki vasitələrlə təchiz edib.

Türkiyə Gürcüstanın Müdafiə Qüvvələrini yeni maddi-texniki vasitələrlə təchiz edib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.

Gürcüstan ordusuna hərbi-mühəndislik və logistika imkanlarının artırılması məqsədilə 12 ədəd çoxfunksiyalı zirehli ekskavator-yükləyici və 35 ədəd avtobus təqdim olunub.

Yeni texnikalarının alınması Gürcüstan və Türkiyə arasında ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilib.

Rəsmi təqdimetmə mərasimində Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili və Türkiyənin bu ölkədəki səfiri Fatma Ceren Yazqan iştirak edib.

Nazir Gürcüstanın Müdafiə Qüvvələrinə göstərilən dəstəyə görə türkiyəli səfirə minnətdarlığını bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →