—

Gürcüstan Qətəri “İpək yolu”na cəlb edir

989
Gürcüstan Qətəri “İpək yolu”na cəlb edir
Dinləmək üçün basın

Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Natia Turnava Qətərə səfər edib.

Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Natia Turnava Qətərə səfər edib.

InterPress.ge xəbər verir ki, səfər çərçivəsində o, Qətərin Nəqliyyat və Rabitə naziri Cassim Saif Əhməd Əl Sulaiti ilə görüşüb.

Görüşdə Qətər tərəfi “İpək yolu”na, həmçinin Avropa ölkələrinə şaxələnmiş nəqliyyat dəhlizinə çıxış əldə etməyə maraq göstərib.

Gürcüstan tərəfi dəhlizə qoşulmaqla bağlı qarşı tərəfə müxtəlif konkret təkliflər təqdim edib.

N.Turnava bildirib ki, Qətər Gürcüstandan keçən dəhlizlərin və liman infrastrukturunun istifadəsində maraqlıdır: “Dəhliz vasitəsilə Qətərdən olan yüklər hərəkət edir, lakin biz yük daşımalarını daha sistematik etməyə çalışırıq. Bununla yanaşı, Qətər şirkətlərinin Gürcüstandakı infrastruktur layihələrinə cəlb olunmasında da maraqlıyıq”.(report)

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →