—

Bolnisinin Zvareti (Sarallar) kəndində yeni məktəb binası inşa olunur - FOTO

3,073
Bolnisinin Zvareti (Sarallar) kəndində yeni məktəb binası inşa olunur - FOTO
Dinləmək üçün basın

Gürcüstanın Bolnisi rayonunun azərbaycanlılar yaşayan Zvareti (Sarallar) kəndində yeni məktəb binası inşa olunur.

Gürcüstanın Bolnisi rayonunun azərbaycanlılar yaşayan Zvareti (Sarallar) kəndində yeni məktəb binası inşa olunur.

InterPress.ge xəbər verir ki, bu barədə Bolnisi rayonundan olan majoritar deputat Qoqita Meşveliani məlumat yayıb.

Tikinti prosesi ilə tanış olan deputatın sözlərinə görə, mövcud məktəb binası qəzalı olduğundan yerli əhali illərdir yeni binanın tikilməsini tələb edirdi.

Q.Meşveliani bildirib ki, inşaat işlərinin 65%-i artıq başa çatdırılıb.

Natamam orta məktəb 60 şagird üçün nəzərdə tutulub. Bina müasir standartlara cavab verəcək və həyətində mini stadion da yaradılacaq.

Təhsil müəssisəsinin 2020-ci ilin sentyabrında istifadəyə verilməsi nəzərdə tutulub.(report)

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →