—

Marneulidə azərbaycandilli məktəbin bağlanması narazılıq doğurub

2,889
Marneulidə azərbaycandilli məktəbin bağlanması narazılıq doğurub
Dinləmək üçün basın

Gürcüstanın Marneuli rayonunun doqquz illik Axlımahmudlu kənd orta məktəbi iki ildir fəaliyyət göstərmir.

Gürcüstanın Marneuli rayonunun doqquz illik Axlımahmudlu kənd orta məktəbi iki ildir fəaliyyət göstərmir.

İnterPress.ge xəbər verir ki, bu barədə “Report”un yerli bürosuna Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının təsisçisi Əli Bədirov məlumat verib.

Onun sözlərinə görə, kənd sakinləri məsələ ilə bağlı ona müraciət ediblər: “Azərbaycandilli məktəbin bağlanmasına səbəb qəzalı vəziyyətdə olmasıdır. Məktəbdə Axlımahmudlu ilə yanaşı, Yenikənd kəndinin də şagirdləri təhsil alıb. Hazırda şagirdlər qonşu kəndlərin məktəblərinə getməyə məcbur olurlar ki, bu da hər iki kəndin sakinlərinin narazılığına səbəb olub”.

Ə.Bədirov bildirib ki, son 3-4 il ərzində kənd sakinlərinə təhsil müəssisəsinin təmir-bərpası və ya yeni məktəbin inşası ilə bağlı bir sıra vədlər verilib: “Lakin bu günə qədər məktəbin təmiri məsələsində heç bir irəliləyiş yoxdur”.

Hüquq müdafiəçisi deyib ki, Axlımahmudlu kənd məktəbi ilə bağlı məsələ aidiyyəti qurumların diqqətinə çatdırılacaq.

Qeyd edək ki, birmərtəbəli təhsil müəssisəsi sovet illərində inşa olunub və əsasən taxtadan ibarətdir. Məktəbdə 100-dən çox şagird təhsil alıb, 20-yə yaxın müəllim çalışıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →