—

Azərbaycan Prezidenti məcburi köçkünlərin qaytarılması ilə bağlı açıqlama verib

825
Azərbaycan Prezidenti məcburi köçkünlərin qaytarılması ilə bağlı açıqlama verib
Dinləmək üçün basın

"Vəziyyət indi sabitləşir. Belə bir günü, demək olar ki, otuz ildir gözləyən bizim qaçqın və məcburi köçkünlərimiz bu böyük hərbi və siyasi qələbəni qeyd edirlər. Onlar özlərinin qayıdışı üçün vaxt cədvəlini görməyi…

"Vəziyyət indi sabitləşir. Belə bir günü, demək olar ki, otuz ildir gözləyən bizim qaçqın və məcburi köçkünlərimiz bu böyük hərbi və siyasi qələbəni qeyd edirlər. Onlar özlərinin qayıdışı üçün vaxt cədvəlini görməyi səbirsizliklə gözləyirlər".

InterPress.ge xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Niderland Krallığının yeni fövqəladə və səlahiyyətli səfiri xanım Paulin Eizemanın etimadnaməsini qəbul edərkən deyib.

"Amma bu, vaxt aparacaq, çünki təcavüzkar, demək olar ki, hər şeyi dağıdıb. Bu videolar bizim televiziyada nümayiş olunur. Bu dağıntı bəlkə də bizim xalqımıza, mədəni, dini irsimizə, bəşəriyyətə qarşı qəddarlığın, vandalizmin və barbarlığın nadir formasıdır. Ermənistanın müharibə zamanı davranışı həm də onların rəhbərliyinin qeyri-insani münasibətini göstərir. Çünki münaqişə zonasından uzaqda yerləşən dinc şəhərlərə Ermənistan ərazisindən ballistik raketlərlə hücum etmək müharibə cinayətidir. Kasetli və fosforlu bombalardan istifadə etmək müharibə cinayətidir. Bütün beynəlxalq media və QHT-lər bunu təsdiq etdi", - Prezident əlavə edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →