"Bu çağırışı alqışlayıram, dünən də hakim partiyanın dialoqdan heç vaxt imtina etmədiyi ilə bağlı açıqlamalar verdik".
InterPress.ge xəbər verir ki, bu barədə, “Gürcü Arzusu” partiyasının baş katibi Kaxa Kaladze deyib
Kaladzenin dediyinə görə, hakim partiya müxalifətlə dialoq qurmaqdan heç vaxt imtina etməyib.
“Bu çağırışı alqışlayıram, dünən də hakim partiyanın dialoqdan heç vaxt imtina etmədiyi barədə açıqlamalar verdik. Dost ölkələrimizin və beynəlxalq tərəfdaşlarımızın iştirakı ilə, əlbəttə ki, müxlifətlə bir masada oturmağa hazırıq və istəyirik ki, bütün bunlar sarsıntılar və çevrilişlərlə deyil, mülki qaydalarla həll edilsin", - dedi Kaxa Kaladze.
