—

Bu gündən etibarən yeddi şəhərdə komendant saatı qüvvəyə minir

3,016
Bu gündən etibarən yeddi şəhərdə komendant saatı qüvvəyə minir
Dinləmək üçün basın

Gürcüstanın yeddi böyük şəhərində gecə hərəkətinə qoyulan məhdudiyyətlər bu gündən etibarən qüvvəyə minəcək. Tbilisi, Kutaisi, Batumi, Rustavi, Zuqdidi, Qori və Poti şəhərlərində hərəkət axşam 22: 00-dan səhər 05…

Gürcüstanın yeddi böyük şəhərində gecə hərəkətinə qoyulan məhdudiyyətlər bu gündən etibarən qüvvəyə minəcək. Tbilisi, Kutaisi, Batumi, Rustavi, Zuqdidi, Qori və Poti şəhərlərində hərəkət axşam 22: 00-dan səhər 05: 00-dək məhdud olacaq.

InterPress.ge xəbər verir ki, qərar İdarələrarası Koordinasiya Şurasının 7 noyabr iclasında verilib.

Məhdudlaşdırma piyadalarla yanaşı nəqliyyat və şəxsi nəqliyyat vasitələrinin istifadəçilərinə də şamil olunacaq.

Koordinasiya Şurasının qərarına əsasən məhdudiyyət aşağıdakılara şamil olunmayacaq: beynəlxalq yük daşımaları; Əməliyyat Qərargahı ilə razılaşdırılaraq, tibbi və əczaçılıq, strateji və media nümayəndələri və çatdırılma xidməti kuryerləri də daxil olmaqla rəsmi vəzifələrin icrası üçün hərəkəti vacib olan şəxslər və nəqliyyat vasitələrinə.

Şuranın qərarına əsasən, tibbi və əczaçılıq məqsədli və strateji əhəmiyyət daşıyan müəssisələr xaricində bütün təşkilatlar saat 22: 00-dək işləyəcəklər.

Baş nazirin müavini Maia Çkitişvilinin izah etdiyinə görə, əlavə nöqtə məhdudiyyətləri çərçivəsində, hərəkət məhdudiyyətini pozduğu üçün fiziki şəxs üçün 2000 lari, hüquqi şəxs üçün 10.000 lari məbləğində cərimə nəzərdə tutulur. Onun sözlərinə görə, sözügedən sanksiyalar karantin tədbirlərini tənzimləyən qanunla müəyyənləşdirilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →